Gürcüstan azərbaycanlıları Akif Çovdarovun müdafiəsinə qalxdı

“Onlarla problem onun müdaxiləsindən sonra həllini tapıb” Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər Akif Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi yaxşılıqlardan söz açıblar. Meydan TV müraciəti olduğu kimi dərc edir

Source:
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov

“Onlarla problem onun müdaxiləsindən sonra həllini tapıb”

Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər Akif Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi yaxşılıqlardan söz açıblar. Meydan TV müraciəti olduğu kimi dərc edir:

“Möhtərəm Prezident! Biz Gürcüstanda yaşayan azərbaycanlılar başqa dövlətin vətəndaşı olsaq da, sizi ulu öndərin davamçısı kimi özümüzə lider hesab edirik. Sizin gördüyünüz işləri həmişə diqqətimizdə saxlayır və uğurlarınıza sevinirik. Həmçinin baş verən bəzi hadisələri də ürək ağrısı ilə izləyirik. Belə ki, məlum olduğu kimi, əslən həmyerlimiz olan Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalı Akif Çovdarov 2015-ci ilin noyabr ayında həbs olunub və ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Akif Çovdarov haqqında bu gün mətbuatda yazılan yazıları əsəbləşmədən oxumaq mümkün deyil. Mətbuatda onun atasının qəssab olduğunu yazanlar gəlib bir bizdən soruşsaydılar ki, Akif Çovdarovun atası Teymurxan müəllim kim olub, biz onlara həmin insanın ali təhsilli müəllim olduğunu və müəllimlikdən məktəb direktoru, sovxoz direktoru kimi məsul vəzifələrə yüksəldiyini anladardıq.

Akif Çovdarov vəzifədə olarkən Gürcüstanda yaşayan azərbaycanlılar üçün az iş görməyib. Onlarla problem onun müdaxiləsindən sonra həllini tapıb. O, gördüyü bütün işləri Sizin ona verdiyiniz dəstək əsasında edib və bizi sizin apardığınız siyasəti dəstəkləməyə çağırıb.

Möhtərəm Prezident, Gürcüstanda yaşayan azərbaycanlıların bugünədək heç bir münasibət bildirməməsinin səbəbi Akif Çovdarova qarşı laqeydliyi deyildir. Biz ölkənin başında sizin kimi ədalətli bir liderin dayandığını bildiyimiz üçün baş verənləri izləməklə kifayətlənmişik.

Möhtərəm Prezident! Biz Gürcüstan azərbaycanlıları sizdən artıq dərəcədə xahiş edirik ki, Akif Çovdarovun səhhətində olan təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz şəxsi nəzarətinizə götürəsiniz.

Hörmət və ehtiramla: Gürcüstan azərbaycanlıları ziyalıları (yüzdən artıq imza)”

Ana səhifəXəbərlərGürcüstan azərbaycanlıları Akif Çovdarovun müdafiəsinə qalxdı