Gürcülər Ukrayna səfirliyin qarşısında aksiya keçirdi

Saakaşvilinin Tbilisidəki tərəfdarları Ukraynaya getmək istəyir

Source:
Aksiyadan foto
Aksiyadan foto


Saakaşvilinin Tbilisidəki tərəfdarları Ukraynaya getmək istəyir

Dekabrın 11-də Saakaşvilinin tərəfdarları Gürcüstanın paytaxtı Tbilisidə Ukraynanın səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirliyin qarşısında toplaşan aksiya iştirakçıları Kiyevdə saxlanılan Gürcüstanın üçüncü prezidentiMixail Saakaşvilinin azad olunmasını tələb ediblər.

Mitinq iştirakçıları daha sonra Saakaşvilinin məhkəmə prosesini canlı izləyiblər.

Aksiyadan foto
Aksiyadan foto

Milli Hərəkat Partiyasının liderlərindən biri olan Zaal Udumaşvilinin sözlərinə görə, hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir:

“Ukrayna səfirliyi ilə görüşdük. Kiyevdə yalnız “Milli Hərəkat Partiyası”və onun tərəfdarları üçün deyil, bütün ölkə üçün vacib olan bir proses gedir. Təbii ki, oliqarx Poroşenkonun nə edə biləcəyini və nə etmək istədiyini təxmin etmək çətindir. Biz Saakaşvilinin şərtsiz azad edilməsini və ədalət tələb edirik. Ancaq Poroşenko və onun kuklası olan Baş prokurorun nə edəcəyini bilmirik”.

“Partiyanın üzvləri Kiyevə səfər etməyi planlaşdırır, lakin Ukrayna sərhədini keçə biləcəyimizdən şübhə edirik” – deyə Udumaşvili əlavə edib.

Dekabrın 6-da Gurcüstanıın “Vahid Milli Hərəkat” Partiyasının yüzlərlə üzvü Rustaveli metro stansiyasınin qarşısına toplaşmış və Ukrayna hökumətindən ölkənin sabiq prezidenti M.Saakaşvilinin təqibinə son qoymağı tələb etmişdilər.

Ana səhifəXəbərlərGürcülər Ukrayna səfirliyin qarşısında aksiya keçirdi