Son bir həftə ərzində Gürcüstanın paytaxtı Tiflisdə salamlaşmaq əvəzinə “mitinqə gedəcəksən?” sualı, 15 noyabrda izdihamlı yürüşlə nəticələndi.
Yürüş Tiflisin Rustaveli prospektində Parlament binasının qarşısında izdihamlı mitinqə çevrildi. Mitinq Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsinə etiraz əlaməti olaraq keçirilirdi. Anti-rusiya şüarları və “Stop Putin” transporantlarının diqqət çəkdiyi mitinqdə Gürcüstanın indiki hakimiyyətinin Rusiyayönlü siyasətinə qarşı da etirazlar ifadə olunurdu. Gürcüstanın “Vahid Milli Hərəkat”ı tərəfindən təşkil olunan yürüşün ön sıralarında hərəkatın liderlərindən Qiqa Bokeriya və başqaları parlament binasına sarı irəlləyirdilər. Daha sonra müxalifət liderləri və ictimai fəallar çıxışlara start verdi. Gürcüstanın eks-prezidenti Mixail Saakavili də tribunada quraşdırılan manitorlar vasitəsi ilə canlı olaraq mitinqə qoşuldu.
Mitinqdə Gürcüstan bayraqlarının arasında, Azərbaycan bayrağı da dalğalanırdı.