Gürcüstanda aksiya

Mənbə: Foto: arxiv

Başlıq: Gürcüstanda aksiya

Gürcü polisi etirazçıları dağıtmaq üçün su toplarından istifadə edib

Məqalə yeniləndi:  26 Noyabr 2019

Polis hazırda parlamentə girişə nəzarət edir

Səhər saatlarında 30 dəqiqəlik ultimatum verildikdən sonra Gürcüstan polisi etirazçıları parlamentin qarşısından dağıtmaq üçün su toplarından istifadə edib. RFE/RL xəbər verir ki, minlərlə seçicinin islahat çağırışları etdiyi nümayişdə bir neçə fəal saxlanıb.

Daxili İşlər Nazirliyi 26 noyabrda verdiyi açıqlamada bildirib ki, 28 etirazçı “polisə tabe olmadığı üçün və xuliqanlığa görə” nəzarətə alınıb. Bundan əvvəl yayılan məlumatlara görə, saxlanılanlar arasında müxalif Vahid Milli Hərəkatın iki üzvü Ako Minaşvili və Gia Tevdoradze də olub.

Səhiyyə Nazirliyi dörd nəfərin yaralandığını, üç nəfərin xəstəxanada nəzarətə alındığını bildirib. Yerli media xəbər verir ki, yaralılar arasında “Mtavari Alkhi” telekanalının jurnalisti Vasil Dabrundaşvili də var. Onun hazırda xəstəxanada olanların arasında olub-olmadığı bəlli deyil.

Polis hazırda parlamentə girişə nəzarət edir. Minlərlə nümayişçi hələ də ərazidədir və qeyd edirlər ki, onların məqsədi deputatların binaya girişini əngəlləməkdir.

Müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze noyabrın 26-da televiziyaya verdiyi müsahibədə deyib ki, hakim Gürcü Arzusu Partiyası yalnız polisdən istifadə edərək parlament iclası keçirməyə qadirdir.

“Polis kordonu bizə şans versə, bir parlamentə girəcəyik”,- Vaşadze deyib.

Etirazçılar öncəki gün hakim Gürcü Arzusu Partiyası gələn ildən etibarən seçki sistemini qarışıq sistemdən proporsional sistemə dəyişməkdən imtina etdiyi üçün parlamentin qarşısına toplanmışdı.

20-yə yaxın müxalif qrupun tərəfdarları Tbilisinin Respublika Meydanından parlamentə doğru yürüş edərək, şəhərin əsas magistral yolu olan Rustaveli prospektində nəqliyyatın hərəkətini iflic etmişdi.

Aksiya iştirakçıları hökuməti istefaya getməyə və erkən seçkilərin keçirilməsinə çağıraraq millət vəkillərinin noyabrın 26-da plenar iclasın keçirildiyi parlamentə girməsinin qarşısını almışdı.

Noyabrın 25-də hakim partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze partiya iclasından sonra deyib ki, məsələ bitib və seçki sistemində heç bir dəyişiklik gözlənilmir.

Müxalifətin fikrincə status-kvo 2012-ci ildən bəri hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının xeyrinədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9plcaa

Ən çox baxılan