Partiyalar parlament seçkisində iştirakla bağlı planlarını açıqlayıb
“Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.
Bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze iyulun 16-da partiyanın seçki kampaniyasının və yeni ofisinin açılışında bildirib.
Onun sözlərinə görə, “Xalqın Gücü” ictimai hərəkat olaraq 2022-ci ildə “Gürcü Arzusu”nun deputatları tərəfindən yaradılıb.
2024-cü ilin martında “Xalqın Gücü” Hərəkatı partiyaya çevrilərək parlament seçkilərində iştirak etmək planlarını açıqlayıb.
2023-cü ildə “Xalqın Gücü” və “Gürcü Arzusu” birlikdə xalqın “Rus qanunu” adlandırdığı “Xarici təsirin şəffaflığı haqqında” qanununu təsdiqləməyə çalışıb. Qərb tərəfdaşları bu qanunu Avropaya inteqrasiya yolunda əngəl hesab edirlər.
“Xalq Gücü” Hərəkatı 2022-ci ilin avqustunda “Gürcü Arzusu”nun dörd keçmiş deputatı: Sozar Subari, Mixeil Kavelaşvili, Dimitri Xundadze və Quram Maçaraşvili tərəfindən yaradılıb.
Onların bəyan etdikləri məqsəd “cəmiyyəti həqiqətlə silahlandırmaq” idi, lakin parlament çoxluğunda onlar anti-Qərb ritorikası, o cümlədən ABŞ səfirinə hücumu ilə tanınıblar.