Günü 3 manata 8 saatlıq iş

Səhər saat 10-dan axşam 6-ya qədər Xırdalan şəhərindəki Misir parkından keçən hər kəs onun qarmondakı ifasını eşidir. Dayanacaqda avtobus gözləyənlər, piştaxtada meyvə satanlar Əfqan Kərimovu ifası ilə tanıyırlar. İkinci qrup əlil olan ifaçı əvvəllər Dənizkənarı Bulvarda işləyib. 2009-cu ildə Bulvardan çıxarılan musiqiçilərin içərisində Əfqan Kərimov da olub.

Əlilliyinə görə 55 manat pensiya alır. Bu pul evdə oturub rahat yaşamağa əl vermir deyə qarmonunu götürüb yay-qış demədən işləyir. Qışda günə 3-4 manat, yayda 10 manat qazandığını dilə gətirir. Deyir ki, ölkədə normal yaşamaq üçün gərək day-dayın olsun.

“Kasıbınkı yaydır” deyir. Qışın onu küçədə üşütdüyünü, əllərini dondurduğunu göstərir. Yayı gözləyir ki, barmaqlarının donu açılsın, daha yaxşı ifa edib, daha çox pul qazansın.

Ana səhifəVideoGünü 3 manata 8 saatlıq iş