Günəşli Yatağındakı yanğını ARDNŞ təsdiqlədi (yenilənib)

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur

Source:
foto APA
foto APA


16.16. “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb. Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.


“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub. Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır. Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir. Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.


***


Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

SOCAR-dan APA-ya verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Ana səhifəXəbərlərGünəşli Yatağındakı yanğını ARDNŞ təsdiqlədi (yenilənib)