”Günəşli” neft yatağında güclü yanğın başlayıb (YENİLƏNİR, FOTO)

Əldə edilən son məlumata görə, platformada 84 neftçi var

Source:


9.56. Neft bazarındakı mənbə Trend-ə bildirib ki, platformada olan neftçilər qayıqlarla təxliyə olunur.


Ölən və xəsarət alanlar barədə hələ məlumat yoxdur.


Mənbə qeyd edib ki, yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur.


—————————————————————————————————————————————————————————


“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.


21:10


Son məlumata görə 42 nəfər xilas edilib.


_____________________________________________________________________________________________________________________


21:05

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub. SOCAR-dan “APA”-ya bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: “Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir.  Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur”.Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.


_____________________________________________________________________________________________________________________


20:40


SOCAR-ın rəsmi açıqlaması:

Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur.Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılmışdır.

_____________________________________________________________________________________________________________________

caspianbarrel.org SOCAR-dakı mənbələrinə istinadən bildirir ki, yanğın təqribən saat 18 radələrində 10 N-li hasilat platformasında başlayıb. Yanğının nədən törənməsi bilinmir, ancaq hasilat kəskin meteroloji hava şəraitində aparılırmış. Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Əldə edilən son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb. Komissiyanın yaradılması haqda məlumatı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində yayıb.

_____________________________________________________________________________________________________________________

Ana səhifəXəbərlər”Günəşli” neft yatağında güclü yanğın başlayıb (YENİLƏNİR, FOTO)