Günel Mövludun qardaşları azadlıqda

Raci və Vəkil İmanovlar məhkəmə zalından azadlığa buraxılıblar

Source:
Günel Mövlud
Günel Mövlud


Raci və Vəkil İmanovlar məhkəmə zalından azadlığa buraxılıblar

Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar azad olunublar. Bu barədə Meydan TV-yə məlumatı Raci İmanovun həyat yoldaşı Gülsu İmanova da təsdiqləyib. G.İmanovanın sözlərinə görə, qardaşların hər ikisi məhkəmə zalından azadlığa buraxılıblar. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.


Hər iki qardaş 2015-ci ilin oktyabrın 13-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamıyla saxlanılmışdı. Bir gün sonra isə DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, polis orqanlarına əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.

Bundan sonra Vəkil İmanov barəsində 4 ay, Sumqayıtda saxlanan qardaşı Raci İmanov barəsində isə 3 ay müddətində həbs qətimkan tədbiri seçildi.

Ötən ilin dekabrın 22-də isə Biləsuvar rayon Məhkəməsi Vəkil İmanovun 1 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Ana səhifəXəbərlərGünel Mövludun qardaşları azadlıqda