Günel Mövludun qardaşı haqda 4 ay həbs qətimkan tədbiri seçildi

Vəkil Nemət Kərimli order götürüb, sabah apellyasiya şikayəti verəcək

Source:


Vəkil Nemət Kərimli order götürüb, sabah Bilasuvar məhkəməsində olacaq və Apellyasiya şikayəti verəcək

Oktyabrın 15-də Biləsuvar Rayon Məhkəməsi Meydan TV-nin köşə redaktoru Günel Mövludun qardaşı Vəkil İmanov barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 4 ay həbs-qətiimkan tədbiri seçib.

Digər qardaşı Raci İmanova isə 3 ay həbs-qətimkan tədbiri seçilib.

Məlumatı Müsavat başqanının müavini Elman Fəttah öz Facebook səhifəsində yayıb.

O, qeyd edib ki, vəkil Nemət Kərimli order götürüb, sabah Bilasuvar məhkəməsində olacaq və apellyasiya şikayəti verəcək.

Günel Mövludun qardaşları 2 gün əvvəl saxlanılıblar. Köşə yazarı ailəsinə qarşı təzyiqləri Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlərGünel Mövludun qardaşı haqda 4 ay həbs qətimkan tədbiri seçildi