Günel Mövlud: “Tahir Kərimovun yerinə olmaq istəməzdim”

Salyan rayon İcra Hakimiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcək

Source:

Salyan rayon İcra Hakimiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcək

Salyan rayon İcra Hakimiyyəti icra başçısı Tahir Kərimovun məktəblilərin tutduğu qızılgüllərin altından keçərkən çəkilmiş fotoları sosial şəbəkələrdə rezonans doğurub. Məsələ müxtəlif media orqanları tərəfindən də işıqlandırılıb və icra başçısının ünvanına tənqidi fikirlər səsləndirilib.

Salyan rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Bu gün elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimovun 2014-cü ildə keçirilmiş Gül bayramında çəkilmiş fotosu yerləşdirilməklə müxtəlif yönümlü şərhlər verilmişdir.

Bildiririk ki, həmin foto 9 may 2014-cü ildə Salyan şəhərində Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib. 10 may Gül bayramı ilə əlaqədar Salyan rayonunun məktəbləri, təhsil müəssisələrinin hazırladıqları tədbir zamanı oraya gələn bütün şəxslər, o cümlədən RİH başçısı yanında Şura üzvləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olmuşlar. Fotodan da görünür ki, Tahir müəllimin yanında hüquq mühafizə orqanlarının rəhbərləri də var. Arxada isə ictimaiyyətin nümayəndələri əks olunmuşdur.

Fotonun Günel Mövlud tərəfindən paylaşdığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə bu cür yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır.

Tərəfimizdən təhqirlərə yol vermiş şərhçilər və saytlar barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir”.

Sosial şəbəkələrdə yayımlanan şəkil Salyan rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də var. Şəkli sosial şəbəkədə yaydığına görə ittiham olunan yazar Günel Mövlud Meydan TV-yə açıqlamasında bunları deyib: “Bu dəqiqə Tahir müəllimin yerində olmağı heç istəməzdim. Tahir müəllim getsin bütün müqəddəslərə dua eləsin ki, şəkili müəyyən dairələr görməsin. Bu şəkili çəkdirəcək qədər cəsarətli olduğuna görə Tahir müəllimi alqışlayıram, şəxsən mən elə bir şəkil çəkdirməyə qorxardım”.

Ana səhifəXəbərlərGünel Mövlud: “Tahir Kərimovun yerinə olmaq istəməzdim”