Günel Həsənlinin məhkəməsi təxirə salındı

Hakim və vəkil zərərçəkmiş Adilə Səlimovanın növbəti prosesdə iştirakını istəyib

Source:


Hakim və vəkil zərərçəkmiş Adilə Səlimovanın növbəti prosesdə iştirakını istəyib

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılıb.

Prosesi izləyən Meydan TV-nin əməkdaşının bildirdiyinə görə, ilkin baxışdan sonra vəkil Adil İsmayılov işə yeni qoşulduğundan materiallarla tanış olması üçün iclasın təxirə salınmasını istəyib. Bundan sonra hakim Əflatun Qasımov və vəkil Adil İsmayılov zərərçəkmiş Adilə Səlimovanın növbəti prosesdə iştirakını istəyib.

Ona görə proses aprelin 13-nə saat 15.00-ə təxirə salınıb.

Fevralın 20-də hakim Aqşin Əfəndiyevin sədrliyi ilə Yasamal rayon məhkəməsi ötən ilin sentyabr ayında baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənliyə hökm oxuyub. Məhkəmə Günel Həsənlini 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar verib.

Ana səhifəXəbərlərGünel Həsənlinin məhkəməsi təxirə salındı