Günel Həsənli ilə bağlı hökm qüvvədə saxlanıldı

Günel Həsənli isə özünü təqsirli saymır və bunu atasının siyasi fəaliyyətinə görə verilən cəza kimi qəbul edib

Source:


Günel Həsənli isə özünü təqsirli saymır və bunu atasının siyasi fəaliyyətinə görə verilən cəza kimi qəbul edib

Noyabrın 19-da Bakı Apelyasiya Məhkəməsində Cəmil Həsənlinin qızı Günel Həsənlinin işinə baxılıb. İlkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Vəkillər və Cəmil Həsənli qərarı siyasi hesab etdiklərini bildirdilər. Günel Həsənli isə özünü təqsirli saymır və bunu atasının siyasi fəaliyyətinə görə verilən cəza kimi qəbul edib.

Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.

Ana səhifəXəbərlərGünel Həsənli ilə bağlı hökm qüvvədə saxlanıldı