Hüquqşünas hesab edir ki, hücum ya onu qorxutmaq, ya da onun hüquq müdafiə fəaliyyətinə mane olmaq üçün sağlamlığına ziyan vurmaq məqsədi daşıyır
Yanvarın 28-də Nizami rayin 24-cü polis bölməsində hüquq müdafiəçisi Günay İsmayılovanın yanvarın 26-da evinin girişində hücuma məruz qalması haqqında ərizəsini qəbul ediblər.
Hüquq müdafiəçisindən ifadə də götürüblər. Polis bölməsində ona deyiblər ki, materiallar araşdırma üçün Nizami rayon prokurorluğuna göndəriləcək.
O hesab edir ki, hücum ya onu qorxutmaq, ya da onun hüquq müdafiə fəaliyyətinə mane olmaq üçün sağlamlığına ziyan vurmaq məqsədi daşıyır.
İsmayılova hücumun onun da iştirak etdiyi hüquq müdafiəçilərinə qarşı məhkəmə prosesləri başladığı zaman törədildiyinə diqqət çəkib.
* Bazar ertəsi saat 20:30-da naməlum şəxs İsmayılovaya hücum edib. 28-30 yaşlarındakı kişi onun boğazından tutub, vurmağa çalışıb. İsmayılova onun əlindən qurtarmağa müvəffəq olub və səs-küy salıb, səsə qonşular çıxıb, sui-qəsdçi isə qaçıb.
Günay İsmayılova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktor müavinidir. Hazırda o, bu institutunun hüquqlarını müdafiə edir.
2014-cü ilin oktyabrında o, New York Times-da Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması haqqında tənqidi məqalə dərc edib.