Gültəkin Hacıbəylinin oğluna ölkədən çıxmağa icazə verilib

Milli Şura üzvü artıq Türkiyədə olduqlarını deyir

Source: Facebook


Milli Şura üzvü artıq Türkiyədə olduqlarını deyir

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17 yaşlı oğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Bu barədə Gültəkin Hacıbəyli özünün “Facebook” səhifəsində paylaşım edib. Bildirib ki, oğlu ilə birlikdə artıq Türkiyədədir:

“Oğluma və mənə 10 il zülm edəndən sonra nəhayət ki, ölkədən çıxışımıza izin verdilər. 30 Avqust Zəfər Gününü gözəlim İstanbulda qutlayırıq. Zəfərin əbədi olsun, canım, Türkiyəm”.

Gültəkin Hacıbəyli oğlunun ölkədən çıxış qadağasına görə məhkəməyə də müraciət etmişdi. Bu ilin martında Bakı Apelyasiya Məhkəməsi Hacıbəylinin şikayətini təmin edib. Qərar verilib ki, oğlu Toğrul Mehdi 18 yaşı tamam olana qədər xaricdə daimi yaşayış istisna olmaqla, ölkədən gedib-gələ bilər.

Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmir. Atası Mahmud Mehdiyev həmin ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

Ana səhifəXəbərlərGültəkin Hacıbəylinin oğluna ölkədən çıxmağa icazə verilib