Gültəkin Hacıbəyli cərimələndi

Sabiq deputat 500 manat cərimələnib

Source:


Sabiq deputat 500 manat cərimələnib

Yanvarın 23-də Yasamal Rayon Məhkəməsində Milli Şuranın komissiya sədri, sabiq deputat Gültəkin Hacıbəyliyə qarşi qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Sərdar Mehrəliyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib. Məhkəmənin hökmü ilə Gültəkin Hacıbəyli Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün CM-nin 147.1 maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimələnib.

G. Hacıbəyli də onlara qarşı həmin maddələrlə iddia qaldırsa da onun şikayəti təmin edilməyib.

Ana səhifəXəbərlərGültəkin Hacıbəyli cərimələndi