Gültəkin Hacıbəyli: ”AB-nin belə bir adekvat reaksiyası verməsi müsbət haldır”

”Avropa Birliyinin qaldırdığı məsələnin qısa müddətdə həll olunacağını gözləmirəm”

Source:


”Avropa Birliyinin qaldırdığı məsələnin qısa müddətdə həll olunacağını gözləmirəm”

“Təbii ki, bu cür qətnamələrin müəyyən təsiri olur. Azərbaycan da qapalı yox, Avropa Birliyi ilə əməkdaşlıq aparan ölkədir. Xüsusilə hazırda Bakının Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanması gözlənilir”.

Bu açıqlamanı Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru, sabiq deputat Gültəkin Hacıbəyli Meydan TV-yə Avropa Birliyinin 15 iyun

qətnaməsi

ni şərh edərkən verib.

O deyib ki, hazırda Bakı ilə Brüssel arasında çox ciddi müzakirələr gedir və bunun ardınca Avropa Birliyi xətti ilə Azərbaycana investisiya yatırılması gözlənilir. Sözsüz ki, bunlar önəmli amillərdir.

G.Hacıbəyıi hesab edir ki, indiyə qədər Avropa Parlamenti 15 iyun qətnaməsindən də sərt qətnamələr qəbul edib. Məsələn, ReAL sədri İlqar Məmmədovun azad olunması haqda qətnaməni xatırlamaq yetər:

“Təəssüf ki, həmin qətnamələrin birbaşa təsiri olmayıb. Bu baxımdan 15 iyun qətnaməsindən sonra qısa müddətdə Avropa Birliyinin qoyduğu məsələlərin həll olunacağını gözləmirəm. İstənilən halda uzun fasilədən sonra Avropa Birliyinin insan haqlarını, demokratiyanı əhatə edən belə bir adekvat reaksiyası verməsi müsbət haldır”.

2015-ci ilin sentyabrında Avropa Birliyinin analoji qətnaməsindən sonra Azərbaycan hakimiyyəti Avropa Birliyinin Şərq Tərəfdaşlığına daxil olan ölkələrin Parlament Assambleyasından çıxdığını elan etdi. Bugünlərdə isə rəsmi Bakı qurumda fəaliyyətini bərpa etdiyini ifadə edib. Oxşar hərəkətin təkrarlanması barədə suala gəlincə, G.Hacıbəyli güman edir ki, noyabrda Azərbaycana planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq çərçivəsində aparılan danışıqlardan hakimiyyət kənara çəkilə bilər:

“Amma nələrinsə düşünüldüyü görünür. Sadəcə, Azərbaycan indiki iqtisadi vəziyyətindən, maliyyə, investisiyalar ehtiyacından bu danışıqlara gedir. Bu baxımdan ortaq razılıq əldə olunsa, Bakı məlum addımı təkrarlamayacaq”.

Ana səhifəXəbərlərGültəkin Hacıbəyli: ”AB-nin belə bir adekvat reaksiyası verməsi müsbət haldır”