Gülnar Babayeva intihardan əvvəl ailəsinə məktub yazıb

Qadın ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini yazıb

Source:


Qadın ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib

Avqustun 12-də Bakıda  intihar hadisəsi barədə xəbər yayıldı. Səbail rayonunun B.Sərdərov küçəsi, ev 5 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Gülnar Alim qızı Babayeva özünü asaraq intihar edib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Gülnar Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini yazıb.

Meydan TV əməkdaşları Gülnar Babayevanın yaşadığı mənzilə gediblər. Lakin qapı bağlı olub.  Qonşuların verdiyi məlumata görə, ailəsi nəşi Bərdəyə aparıblar. Dəfn mərasimi Bərdədə keçiriləcək.

Ana səhifəXəbərlərGülnar Babayeva intihardan əvvəl ailəsinə məktub yazıb