Güllənin əlilə çevirdiyi gənc kömək istəyir

24 yaşlı gənc hərbi xidmətdə olan zaman aldığı güllə yarası səbəbindən əlil olub

Source:
Vüsal Hümmətov
Vüsal Hümmətov
Vüsal Hümmətov
Vüsal Hümmətov

24 yaşlı gənc hərbi xidmətdə olan zaman aldığı güllə yarası səbəbindən əlil olub

Fevralın 25-də Bizimyol.info portalına Şəki sakini Vüsal Hümmətov tərəfindən müraciət daxil olub. 24 yaşlı gənc hərbi xidmətdə olan zaman aldığı güllə yarası səbəbindən əlil olduğunu bildirir: “2010-cu ilin iyul ayında Tərtər rayonuna hərbi xidmətə yollanmışam. Ordan da daha irəliyə cəbhəyə göndərilmişəm. 2011-ci ilin fevral ayının 16-sı səhərə saat 4-ə yaxın atışma zamanı güllə yarası almışam. İki güllə onurğamdan dəydi. Bundan sonra isə gəzə bilmədim, ayaqlarımda hərəkət yoxdur. Dövlət 7800 manat məbləğində kompensasiya verdi. Ancaq bu məbləğin hamısı mənim müalicəmə xərcləndi. Bundan sonra mənlə heç kim maraqlanmadı. 25 min manta yaxın pul tökmüşəm müalicə və müayinələrə. Həkimlərim sənədlərimi Ukraynaya göndəriblər. Ordan müsbət cavab almışıq. Həkim boyun oldu ki, 20 gün ərzində məni sağaldacaq. Ancaq indi bu əməliyyata getməyə imkanım yoxdur. Həkim deyib ki, onurğaya yerləşdiriləcək aparat sayəsində gəzə biləcək. Ora getmək, gəlmək, əməliyyat hamısı bir yerdə 10 min manat edir”.

V.Hümmətov deyir ki, dostları ona bank hesabı açaraq müəyyən qədər yardım göstərməyə çalışıblar: “Ancaq yardım kampaniyası üçün hara müraciət edirəmsə geri çevirirlər. Deyirlər ki, hərbi xidmətdə olmusan, biz yaxın dura bilmərik. Hal-hazırda Respublika Klinik Xəstəxanasındayam. Bir müddət əvvəl sidik kisəsində daş var idi deyə əməliyyat etdilər. Həkimlər hələ ki, xəstəxanadan çıxmağa icazə vermirlər. Özüm Şəkidə yaşayıram. Ancaq təhsil almaq istədiyimdən Ramanda əlillər üçün olan məktəbd kompüter və rəsm kursuna gedirəm. İstəyirəm ki, bacarıqlarımı daha da təkmilləşdirim”.

V.Hümmətov deyir ki, əməliyyat olunub ayağa qalxdıqdan sonra yenə də rəsm çəkməyi davam etdirmək istəyir.

Gəlin, düşmənlə döyüşdə ağır yaralanan gəncimizə yardımçı olaq. Ona əməliyyat üçün lazım olan vəsaiti toplağa kömək edək. Bir Azərbaycan gəncinin öz sağlamlığına qovuşmasında bizim də rolumuz olsun. Ən azından 1 manat yardım göstəməklə, əməliyyat üçün lazım olan vəsaiti toplamağa cəhd edək!


Vüsala yardım etmək istəyənlər aşağıdakı hesab nömrəsindən istifadə edə bilərlər:



Kapital Bank Hesab nömrəsi: AZ03AIIB38010019447006928170



Əlaqə nömrəsi: 051 721 21 37 (Vüsal)

Ana səhifəXəbərlərGüllənin əlilə çevirdiyi gənc kömək istəyir