Güllə yarası almış namizədin vəziyyəti yaxşılaşır

”Ağlımda bu hadisəni törədə biləcək bir nəfər var”

Source:
Ceyhun Çoydarov
Ceyhun Çoydarov
Ceyhun Çoydarov
Ceyhun Çoydarov


”Ağlımda bu hadisəni törədə biləcək bir nəfər var”

Oktyabrın 19-u Marneuli rayonunun Qızılhacılı kəndində naməlum şəxslər tərəfindən açılan atəş zamanı güllə yarası almış “Gürcü-Arzusu” Partiyasının majoritarlığa namizədi Ceyhun Çoydarov hadisənin siyasi zəmində baş verdiyini bildirir.

Oktyabrın 31-də Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hospitalda Çoydarovu 7 saatdan çox sorğu-sual ediblər.

“Hadisə şəxsi zəmində baş verməyib. Ağlımda bu hadisəni törədə biləcək bir nəfər var. O da hal-hazırda sorğudadır. Bu, onun əlindən gələn bir işdir” – Çoydarov deyib.

Silahlı atışma zamanı Çoydarov qarın nahiyəsindən, digər 5 nəfər isə bədənin müxtəlif hissələrindən güllə yarası alıb.

“İndi özümü yaxşı hiss edir, ayağa qalxır və gəzə bilirəm”- Çoydarov bildirib.

Oktyabrın 21-də Çoydarov səsçoxluğu ilə seçkidə qalib gəlib.

Ana səhifəXəbərlərGüllə yarası almış namizədin vəziyyəti yaxşılaşır