Kərim Süleymanlı

Mənbə: Meydan Tv

Başlıq: Kərim Süleymanlı

Gülər Süleymanova: Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla

Məqalə yeniləndi:  9 İyun 2020

Yasamal sakini: Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla

“Oğlum elə vəziyyətdədir ki, heç vaxt onları bağışlamaq olmaz”

İyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində həbs olunan Kərim Süleymanlı bu gün sərbəst buraxılsa da, ona şərt qoyulub.

Bu barədə Meydan TV-yə Kərim Süleymanlının anası Gülər Süleymanova məlumat verib.

Ananın sözlərinə görə, oğlu Kərim Süleymanlıya şərt qoyub buraxıblar:

“Şərt belədir ki, mən o polisi bağışlamalıyam, əks təqdirdə, oğlum geri qayıdır, 10 dəqiqə vaxtı var. Vallah, oğlum elə vəziyyətdədir ki, heç vaxt onları bağışlamaq olmaz. Oğlumu 5 saat 30 nəfər döyüb, uşaq pis gündədir”.

Gülər Süleymanova oğlunun geriyə - polis təcridxanasına qayıtmaq istədiyini deyib.

İyunun 8-də səhər saat 7 radələrində Çevik Polis Alayı sözügedən ünvanda əməliyyat keçirib və 11 nəfəri zorla mənzilindən çıxararaq aparıb. Polis tərəfindən saxlanılanların əksəriyyətinə geyinməyə belə icazə verilməyib. Bu, yayılan videogörüntülərdə də öz əksini tapıb.

Buna səbəb kimi iyunun 7-də gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə binadan məişət tullantılarının atılması göstərilib. Hadisə karantin rejimi zamanı həyətə çıxmış sakinlərin zorla aparılması zamanı baş verib. Sakinlər polisin bu hərəkətinə etirazlarını bildiriblər.

Həmin hadisə zamanı Gülər Süleymanovanın iki oğlu da saxlanılıb. Sakin polislərin zibil atanları müəyyənləşdirmədiyini, övladlarının bunu etmədiyini deyir.

Hadisə zamanı polislərdən biri qadını təhqir edərək “Sən də dovşansan, ərin də dovşandır!” ifadəsini işlədib. Videogörüntüdə əks olunan bu fikir sosial şəbəkələrdə narazılıqla qarşılanıb və əksəriyyəti ictimai fəal olmaqla çoxluq hesablarında “polis zorakılığına son!” sloqanını yayımlayıblar.

Bundan sonra, iyunun 9-da Daxili İşlər Nazirliyi məlumat yayaraq həmin polisin işdən azad olunduğunu və təhqir olunmuş qadından üzr istənildiyini deyib. Lakin Gülər Süleymanova Meydan TV-yə açıqlamasında polisin ona zəng etdiyini, lakin üzr istənilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə getmədiyini bildirib.

Polisin “zibil əməliyyatı” - Vallah burada mən öləcəm!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lvii81

Ən çox baxılan