Gül bayramına görə parka giriş qadağan olundu (VİDEO)

“Parkı niyə bağlayıblar, bilmirəm. İndi baxım o yolu necə keçmək olar?”- yeraltı keçidlə Heydər Əliyev parkına çıxmaq istəyən qadın deyir. Yolu parkdan düşən sakinlər istiqamətlərini dəyişməyə məcbur olurlar.

10 mayda Bakıda keçiriləcək gül bayramına görə Mərkəzi Bankın qarşısındakı parka giriş bağlanılıb. Parkın mühafizəçisi deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti 1 maya qədər ərazidə çəkiliş aparmağı qadağan edib.

Azərbaycanın eks prezidenti Heydər Əliyevin doğum günü ilə bağlı hər il 10 mayda gül bayramı keçirilir. 2013-cü ildə iqtisadçı ekspert Natiq Cəfərli gül bayramına 30 milyon manat vəsait xərcləndiyini hesablamışdı. 2014-cü ildə bu bayrama görə xaricdən 6 milyondan artıq gül gətirildi.  Rəsmilər gətirilən güllərin sayını desələr də bunun üçün dövlət büdcəsindən nə qədər pul xərcləndiyini açıqlamırlar.

Ana səhifəVideoGül bayramına görə parka giriş qadağan olundu (VİDEO)