Güclü qar Bakı – Balakən qatarını yolda qoydu

Yolda qalan sərnişinlərin mənzil başına çatırılması üçün əraziyə avtomobillər göndərilir

Source:


Yolda qalan sərnişinlərin mənzil başına çatırılması üçün əraziyə avtomobillər göndərilir

Bakı – Balakən dəmir yolu ilə hərəkət edən qatar Qax rayonu ərazisində 3 saat ərzində qalıb.

Qatar sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, güclü qar səbəbindən qatar hərəkət edə bilmir.

“Ötən gün saat 21:30-da Bakıdan Balakənə getmək üçün yola düşdük. Qax rayonunda dəmir yolunun üzəri qarla örtülüb. Qatar hərəkət edə bilmir. Hazırda burada təxminən 250 sərnişin çıxılmaz vəziyyətdə qalıb. Bizə də heç kim məlumat nə edəcəyimiz barədə məlumat verilmir”,- deyə sərnişinlərdən biri bildiridi.

Faktı Azərbaycan Dəmir Yolları QSC-dən təsdiqlədilər. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov ANS PRESS-ə bildirdi ki, gecədən yağan güclü qar dəmir yollarının üzərini örtdüyü üçün qatar hərəkət edə bilmir.

“Hazırdan yolun qardan təmizləmə işləri aparılır. Yolu açmaq üçün çoxlu texnika həmin əraziyə göndərilib. Yaxın saatlarda problem aradan aldırılacaq”. Onun sozlərinə görə, Qax rayon İcra Hakimiyyətinə müraciət olunub ki, sərnişinlərin ünvana çatdırılması üçün nəqliyyat vasitəsi təmin etsin. Həmin əraziyə yağan qarın səviyyəsi 70-80 sm təşkil edir.

Sərnişinləri sözlərinə görə, xüsusi avtomobillər artıq əraziyə çatıb və onların daşınmasına başlanılıb.

Ana səhifəXəbərlərGüclü qar Bakı – Balakən qatarını yolda qoydu