Çin

Mənbə: google.az

Başlıq: Çin

''Guardian'': Çinin Sinca bölgəsində məscidlər dağıdılır

İnsan haqları təşkilatları və tədqiqatçılar bu bölgələrdə yüzlərlə, hətta minlərlə məscidin məhv edildiyini deyirlər

İngiltərədə yayımlanan "Guardian" qəzeti və İngiltərə mərkəzli vətəndaş jurnalistikası platformu "Bellingcat"-in ortaq araşdırmasına əsasən Çinin Sincan Uyğur Muxtar Bölgəsində 2016-2018 illəri arasında ən az 31 məscid və 2 türbə Çin hökumətinin əmri ilə tamamilə, ya da qismən dağıdılıb.

Araşdırma zamanı aralarında İmam Asim Türbəsinin də olduğu 91 ibadət yeri və digər dini məkanın köhnə və yeni peyk şəkilləri araşdırılıb.

"Guardian"-a görə, bu dövr ərzində 31 məscid və 2 türbədə ciddi zərər müşahidə edilib.

15 məscid və 2 türbənin buldozerlə tamamilə məhv edildiyi qeyd edilir. Digər məscidlərin də damlarının, qübbələrinin və minarələrinin dağıdıldığı görünür.

Bölgə sakinlərinin ifadələri əsasında aparılan araşdırmada qübbəsi və minarəsi olmayan doqquz məscidin dağıdıldığı bildirilir.

Çin hakimiyyəti "radikal İslamla mübarizə" adı altında, əksəriyyəti uyğur türkü olan müsəlmanların yaşadığı bölgədə təzyiq siyasəti həyata keçirir. Bu çərçivədə 1.5 milyona qədər uyğur türkünün Çin Kommunist Partiyası ideologiyasının təlqin edildiyi nəzarət düşərgələrinə göndərildiyi bildirilir.

Çin hakimiyyəti "yenidən təhsil proqramı" adlandırılan bu düşərgələrlə bağlı iddiaları təkzib edir.

İnsan haqları təşkilatları və tədqiqatçılar bu bölgələrdə yüzlərlə, hətta minlərlə məscidin məhv edildiyini deyirlər.

Ancaq Çin hökumətinin bu bölgələrə jurnalistlər və müstəqil tədqiqatcıların daxil olmasına icazə verməməsi və bölgədə yaşayan insanları izləməsi səbəbindən əksəriyyəti kiçik kənd məscidləri olan bu dini məkanlarla əlaqəli iddialar təsdiqlənməyib.

Uyğur türkləri inanırlar ki, Hotan çölünün ortasındakı İmam Asim türbəsini 3 dəfə ziyarət etmək Həcc ziyarətinə bərabərdir.

“Guardian”a görə indi türbənin ətrafındakı bütün tikililər məhv edilib.

Peyk görüntülərinə görə, səhrada 70 kilometr məsafədə yerləşən və İslamın bölgədə yayılmasına səbəb olan İmam Cəfər Sadiq üçün inşa edilmiş türbənin də yerlə bir edilib. Türbənin 2018-ci ilin martında dağıdıldığı təxmin edilir. Bu ayın peyk fotoşəkilləri türbə ətrafında olan digər tikililərin də dağıdıldığını göstərir.

Cənubi Sincanın ən böyük məscidi olan Kargılık Məscidi 2018-ci ilin ikinci yarısında dağıdılıb.

Hotanda 1200-cü illərdə tikilmiş Yutian Aitika məscidinin 2018-ci ilin sonuna yaxın dağıdıldığı qeyd edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lzwn2u

Ən çox baxılan