“
Şair Eka Kevanişvili: “Aktivist şair deyiləm, amma vətəndaş mövqeyim şeirlərimdən aydındır…”
Eka Kevanişvili yeni gürcü şeirinin məşhur və sərt simalarından biridir. Ədəbiyyat tədbirlərində, festivallarında onu təqdim edərkən, mütləq bir şair kimi güclü nəfəsini, xarakterini vurğulayırlar. Eka ənənəvi gürcü cəmiyyəti üçün olduqca yeni və açıq hesab edilən mövzularda cəsarətlə yazan şairlərdəndir. E.Kevanişvili MeydanTV-nin yeni gürcü şeiri, Ekanın öz yaradıcılığı, Cənubi Qafqazda qadın və şair olmağın özəllikləri barədə suallarını cavablandırmağa razı oldu.
– Eka, Azərbaycanda qadın şair və kişi şair olmaqda fərq var. Bu fərq, qadını, onun davranışlarından başlayaraq, öz şeirlərində mövzu seçiminə qədər təqib edir. Bu mənada, qadın-şair özünü Gürcüstanda necə hiss edir?
– Başqalarının əvəzinə danışmaq bir az çətindir, amma mən və bir neçə iş yoldaşım bu cür bölgüyə qarşı çıxırıq. Şair şairdir. Amma məncə, aydın məsələdir ki, cinsi mənsubiyyət mövzuları müəyyənləşdirir. Əgər qadın özünün duyğuları və onu həyacanlandıran şeylər haqqında yazırsa, düşünmurəm ki, bu, onların mənfi və ya müsbət cəhətləridir. Hesab edirəm ki, gürcü qadın şairləri öz yazılarında cəsarətlidir və vaxt keçdikcə, bu, daha da diqqətçəkici olacaq. Qadın hərəkatının güclənməsilə bərabər, səni həqiqətən narahat edənlər və gerçəkdən vacib olan şeylər haqqında yazmaq asanlaşır. Əlbəttə ki, kompromislərdən asılı olmayan və cəsarətlə yazanlar daha çox nifrətə tuş gəlir, xüsusilə internetdə çox təhqir edilirlər. Onlar öz yazılarında açıq olduğundan, buna hazır olduqları bəllidir. Və bunu söyləyərkən, ilk öncə özümü nəzərdə tuturam.
– Qadın ədəbiyyatında feminizm cərəyanı varmı? Öz əksini nədə tapır, nümayəndələr kimdir, onlara münasibət necədir?
– Bəli, yuxarıda qadın hərəkatı dedikdə, məhs bunu nəzərdə tutrdum. Addım-addım olsa da, Gürcüstanda bəzi feminist müəlliflər peyda olublar. Mən özümü onlardan hesab edirəm. Biz çox deyilik, lakin biz daha öncə deyilməyənləri deməyə çalışırıq, kişilərin öncə düşünməyib təxmin etdikərinin əvəzinə, qadınların həqiqətən nə demək istədiklərindən danışırıq. Bu mövzulara qatılan bir neçə müəllif adını çəkə bilərdim, Tamta Melşvili, Salom Benidze, Lia Likokeli, Nino Tarxnşvili, Tamar Tandaşvili… başqalarının mətnlərində də feminist xətlər var, amma feminizmə olan bağlılığı haqqında çox şey bilmədiyim üçün “bizim komandada” olub-olmamasına qərar vermək mənim üçün çətindir.
– Sən nə barədə yazırsan? Sənin poeziyanı necə tərif etmək olar- duyğusal şerləri, fikir şeirləri, vətəndaş şeirlərimi?
– Mən tez-tez kəskin mövzular haqqında çox yazdığımdan, şeirlərimin təsviri bu şəkildə qurulmuşdur – sosialist poeziya, feminist poeziya. Amma kimsə mənim dörd poetik kolleksiyamı müşahidə edərsə, mənim həm də kilsə, hökumət, zəngin insanlar, kasıb insanlar, iş yerləri səbəbindən ölən insanlar, məşuqəli ərlər, qocalan valideynlər, sevgi barədə yazdığımı görəcək … Başımda daimi təqib etdiyim bir dənə belə fikrimin olduğunu deyə bilmərəm, mən “aktivist şair” deyiləm. Amma mənim poeziyamda aydın şəkildə göstərilən mövqeyim var.
– Ümumiyyətlə, Gürcüstanda siyasətləndirilmiş vətəndaş poeziyası varmı?
– Əgər sosialist mövzusunu məhz belə bir mövzu hesab edəriksə, onda, bəli. Məsələn, Paata Şamugia və ya Zaza Koşadze yazdığı kimi. Mən bir Giorgi Şonia adlı belə motivlərə malik olan bir gənc gördüm. Buna baxmayaraq, düşünürəm ki, müasir gürcü poeziyasında hələ də etiraz çatışmazlığı var, yazarların böyük əksəriyyəti, adətən, daha populyar olan rahat mövzularda yazmağa üstünlük verirlər.
– Əgər sənin şeirlərin Gürcüstanda “ qadınlara yol verilən” həddləri aşarsa, yəni, açıq ifadələrdən ibarət olarsa, qadağan edilmiş mövzulara toxunarsa, oxucuların reaksiyası necə olur? Sənə hər hansı bir təzyiqlər olurmu?
-Adətən, hücum internetdə yayılır, bəzən buna üstün gəlmək çətin olur. Məsələn, bir oxucu mənim kitabımı zibil yeşiyinə atmışdı, bunun şəkili hər yerdə var idi. Bəzilər sizi açıq şəkildə təhqir edir, bu şeiri yazmağınıza təəssüf etdiklərini deyirlər. Adamlar mənim şəxsi postuma yazdılar. Bəziləri, erotik şeir yazdığınız üçün sizi fahişə hesab edirlər. Bəziləri sağ və sol qanad olduğunuzu düşünürlər və s.
– Qələm adamı Gürcüstanda necə yaşayır? Hansı ədəbi proseslərə, yığıncaqlara, tədbirlərə gedə bilər?
– Əsasən kitab təqdimatlarına. Bir neçə il bundan əvvəl proses daha canlı idi – insanlar bir-birinə baxmaq üçün getdikləri poeziya axşamları vardır. Bir az şərab, buna bənzər ədəbiyyat gecələri, indi isə fərqlidir. Yeni bir kitab nəşr olundu, biz bir araya gəldik, vəssalam. Ancaq Yazarlar Evi çox gözəl işləyir, adətən ədəbiyyat tədbirləri onlar tərəfdən təşkil olunur. Əlbəttə ki, Tbilisidə keçirilən beynəlxalq ədəbiyyat festivalını qaçıra bilmərəm, bu festival ədəbiyyat prosesini xeyli yaxşılaşdırdı.
– Yazarın uğurluluğu və maddi durumu dövlətdən, onun dəstəyindən nə dərəcədə asılıdır?
– Əmin deyiləm ki, bəzi müəllifləri dövlət həvəslədirir. Sadəcə onların qohum və dostları dövlət işində işləyir deyə loyallıq olub və onları həvəsləndiriblər. Ancaq böyük bir dəstək, xüsusilə maddi dəstəkdən söhbət gedə bilməz. Yəni onlara kitablarını dərc etməyə kömək edirlər. Bundan başqa, Gürcüstan müəllifləri özləri işləyirlər. Nəşriyyat da onlara bir az kömək edir, vəssalam. Xüsusi hallarda onların haqqı 200-500 lariyə yaxındır.
– Sən şairə olaraq, özünü necə təmin edirsən? Şeirlərdən, kitablardan aldığın qonorar səni təmin edirmi?
– Əlbəttə, yox. Şeir üçün əldə etdiyim ən yüksək qazancım 170 lari olub, bu gülüncdür. Mənim peşəm jurnalistikadır, 17 il müxbir olmuşam. Bu gün mən Azadlıq Radiosunun mərkəzi bürosunda jurnalist kimi çalışıram. Mən bu pula yaşayıram, hansı ki dostlarımla bir neçə fincan qəhvə içmək üçün bəlkə də kifayət edər.
– Müasir Gürcüstan ədəbiyyatının xarici, dünya ədəbiyyatı ilə əlaqələri necədir?
– Bu yaxınlarda əlaqələr daha sıxlaşıb. Məncə, bunun səbəbkarı “Frankfurt 2018” –dir. Milli Kitab Mərkəzi layihə üzərində çalışır və bir çox istedadlı müəllifləri tərcümə edib xaricə çıxarır. Frankfurt kitab sərgisi sona çatdıqdan sonra bu əlaqənin necə davam edəcəyini bilmirəm, amma ümid edirəm ki, biz bir az diqqət cəlb edə biləcəyik. Qərb sərgisinə Gürcüstan ədəbiyyatının xeyli təsir göstərəcəyinə böyük ümidlər olmasa da.