”Gözləyirlər ki, prezident gəlsin, sonra yolu düzəltsinlər”

“Prezident Aparatından 5 dəqiqəlik yoldur bura. Deyirlər ki, Səbail rayonunda tikinti-asfalt işləri gedir. Səbail rayonu təkcə “Azneft”dən ibarət deyil ki. Səbail rayonunun Gülbala Əliyev küçəsi də var”,- Almaz Xəlilov deyir.

Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi. Burada yaşayanlar yolun 10 il öncə ötəri təmir olunduğunu, əsaslı təmirinsə heç vaxt aparılmadığını deyirlər. Təxminən 30-40 min əhalini mənzilbaşına aparan bu yollar sakinlərin ən ağrılı yerinə çevrilib. “Balaca maşınların yağış yağanda işləməsi qeyri-mümkünə çevrilir.

Yağış bütün yolu basr, əhali gedib-gələ blmir, maşınlar zədələnir. Əsas yoldan bura qədər məsafə təxminən 3 kilometrdir. Nə yerli icra orqanı, nə Nazirlər Kabineti bura baxır. Sahibsiz bir küçə kimi qalıb bura”. Yollar ən yaxşı halda böyrəyində daş olanlara yarayır deyib, ona zarafat da qoşublar.

Ciddi-cəhdlə Səbail Rayon İcra Hakimiyyətinə və başqa dövlət qurumlarına ünvanladıqları müraciətlərdənsə bir nəticə əldə etməyiblər. 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Səbail rayonunun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması da vurğulanmışdı.

Həmçinin son illər təmir-tikinti, yol infrastrukturuna ayrılan vəsaitlər büdcənin öncəliklərini təşkil edir. 2019-cu ilin büdcə layihəsində də təmir-tikinti xərclərinə 3 milyarda yaxın vəsait xərclənəcəyi göstərilib.

Ana səhifəVideo”Gözləyirlər ki, prezident gəlsin, sonra yolu düzəltsinlər”