İyunun 9-u və 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənmə əsasən uşaqlarda müşahidə edilib. – Səhiyyə Nazirliyi mətbuata açıqlamasında suya “Rotavirus” virusunun düşdüyünü bildirib və 4 gün ərzində 136 uşaqda belə infeksiya əlamətləri müşahidə edilib. Sumqayıt şəhər uşaq xəstəxanasına yerləşdirilənlərin valideynləri deyir ki, övladları bir neçə gündü ürəkbulanma, qızdırma, qarınağrısından əziyyət çəkirlər. Onlar həkimlərin dəqiq diaqnoz qoymadığını deyir.
Həkim Sehrin Babayev hazırda xəstəxanada müalicə alan 50 nəfər uşaqdan bəzilərinin vəziyyətinin ağır olduğunu deyir.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində isə bəzi ailələr uşaqlarını evdə müalicə ediblər. 6 yaşlı Əlinin də su içəndən sonra halı dəyişib.
Səhiyyə Nazirliyi infeksiyanın su yolu ilə yayıldığını bildirsə də, “Azərsu” açıqlamasında suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini bildirmişdi.
Qəsəbə sakinləri isə başqa versiyadan danışırlar.