Gözəl Bayramlını ölümlə hədələyənə 12 sutka verilib

Source:

”Mənə zəng edilən telefonun sahibinin kimliyi, təhdid sifarişini verənlərin kimliyi bəlli deyil”

Milli Şuranın üzvü, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlını təhdid edən şəxsə inzibati qaydada 12 sutka həbs verilib.

Bu barədə “Turan”-a Gözəl Bayramlı özü bildirib.

Gözəl Bayramlı oktyabrın 28-də telefon vastiəsilə ölümlə təhdid edilib. O, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Noyabrın 1-də Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsinə dəvət olunub və təhqiqat başlanıb. Noyabrın 23-də Gözəl Bayramlıya verilən cavab həmin təhqiqatın nəticəsidir.

Milli Şura və AXCP G.Bayramlıya qarşı təhdidi Milli Şura və AXCP-yə təzyiqlərin tərkib hissəsi kimi dəyərləndirib.

Noyabrın 23-də Suraxanı Rayon Polis İdarəsi Gözəl Bayramlıya təhdidlərlə bağlı təhqiqatın nəticələrinə dair cavab göndərib.

“Məni Suraxanı Rayon Polis İdarəsinin cavabı qane etmir və şikayətimi davam etdirəcəyəm. Məktubda deyilir ki, məni təhdid edən şəxsə 12 sutka inzibati cəza verilib. Mənim şikayətimin məqsədi təhdidlərin sifarişçilərini aşkar etmək idi. Polis bu sahədə hər hansı araşdırma aparmayıb. 12 sutka inzibati cəza verilən şəxs deyir ki, bu telefonu ona zəng etməyə veriblər, telefon ona aid deyil. Mənə zəng edilən telefonun sahibinin kimliyi, təhdid sifarişini verənlərin kimliyi bəlli deyil. Yəni polis hər hansı araşdırma aparmayıb, günahkarı aşkar etməyib”, deyə o qeyd edib.

G.Bayramlı hesab edir ki, bu cavab təhdidlərin aydınlaşdırılması işində heç nəyə yaramır, odur ki, şikayətini davam etdirəcək.

Ana səhifəXəbərlərGözəl Bayramlını ölümlə hədələyənə 12 sutka verilib