Gözəl Bayramlını ölümlə hədələyən adam telefonu səhv yığıbmış

”Təhdid edildiyimin səhəri günü tələm-tələsik sələfi profili yaradılaraq onun vasitəsilə mənim ”başımı kəsməklə” hədələyici status paylaşan, inboxuma eyni məzmunda məktub göndərən şəxs kimdir?”

Source:
Gözəl Bayramlı foto sosial şəbəkə


”Təhdid edildiyimin səhəri günü tələm-tələsik sələfi profili yaradılaraq onun vasitəsilə mənim ”başımı kəsməklə” hədələyici status paylaşan, inboxuma eyni məzmunda məktub göndərən şəxs kimdir?”

Noyabrın 3-də AXCP sədrinin müavini Gözəl Bayramlı yenidən Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunub.

Bu barədə xanım Bayramlı öz “Facebook” səhifəsində məlumat yayıb.

“Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsində mobil nömrəmə zəng edərək məni təhdid edən şəxsi tapdıqlarını dedilər. Məni ölümlə təhdid etdiyini etiraf edən həmin şəxsin iddiasına görə guya zəng etdiyi nömrənin mənə məxsus olduğundan xəbərsiz olub. Olduqca gülünc və şübhəli məqamlarla dolu bir iddia!”.

“Elə məsələyə bu nöqtədən başlayıb çözüm gətirmək çox sadədir. O zaman mənim nömrəmi kim və hansı məqsədlə bu şəxsə verib? Bu işin təşkilatçıları kimlərdir? Mənə qarşı ölüm təhdidində alət kimi istifadə olunan bu şəxs əslində kimdir? Nəyə görə həmin şəxsin “Facebook” səhifəsindən götürdükləri iddia olunan yazı həmin səhifədən silinib, yazının ilkin variantı günlər sonra niyə dəyişdirilib? Neçə gündür davam edən susqunluq bu hazırlıqla bağlı olmasın?!”,-deyə suallar səsləndirən Bayramlı daha sonra bildirib: “Ən əsası təhdid edildiyimin səhəri günü tələm-tələsik sələfi profili yaradılaraq onun vasitəsilə mənim “başımı kəsməklə” hədələyici status paylaşan, inboxuma eyni məzmunda məktub göndərən şəxs kimdir? Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır. Həm də “bandotdel”ə çağırılaraq (14 oktyabrda) yazılarıma, “Nardaran işi” ilə bağlı təqsirləndirilən şəxsləri müdafiə etdiyimə görə xəbərdarlıq olunmağım, məndən Fuad Qəhrəmanlı vəTale Bağırzadəni müdafiə etməmək tələb olunduğu günlə bu hadisə (28 oktyabr) arasında cəmi 14 günlük zaman olması da diqqətdən qaçırılası məqam deyil…”.

Oktyabrın son həftəsində AXCP sədrinin müavini Gözəl Bayramlını tanımadığı şəxs 050 393 34 68 nömrəsindən zəng edərək hədələyib: “Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi soruşanda “gələndə biləcəksən, ünvanını de” cavabını verdi, sonra da tərbiyyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli””.

G.Bayramlı bundan sonra zənglərə cavab vermədiyini və 102 xidmətinə zəng etdiyini bildirib.

Ana səhifəXəbərlərGözəl Bayramlını ölümlə hədələyən adam telefonu səhv yığıbmış