Gözəl Bayramlı: Yad adamları zala doldurmağın adı nədi?

Şahidin məbruri gətirilməsi ilə bağlı qərar verildi

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı


Şahidin məcburi gətirilməsi ilə bağlı qərar verildi

Dekabrın 26-da Qazax Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının məhkəməsi davam edib.

Hakim Ağarıza Səmədovun sədrliyi ilə keçirilən iclasda Gözəl Bayramlı iclas zalına tanımadığı adamların gətirilib, oturacaqların doldurulmasına, nəticədə prosesi izləməyə gəlmiş ictima-siyasi fəalların bir çoxunun kənarda qalmasına etiraz edib:

“Onsuz da istədiklərini eləyiblər, daha yad adamları zala doldurmağın adı nədi? Nə məqsədiniz var?”

Hakim deyib ki, növbəti iclasda bu məsələ nəzərə alınacaq.

İclasda Tovuz Gömrük İdarəsinin təhqiqatçısı Həsən Mahmudov şahid qismində dindirilib. O, G.Bayramlının çantasındakı əşyaların sənədləşdirilməsində iştirak etdiyini bildirib. Deyib ki, çantadan pul çıxdığını görməyib, lakin eşidib.

G.Bayramlı isə həmin şəxsi görmədiyini deyib:

“Siz dövlət məmurusunuz, niyə yalan danışırsınız? Mən bu adamların heç birini orada görməmişəm”.

Tovuz Gömrük İdarəsinin əməkdaşı olan daha bir şahid məhkəməyə gəlməyib, teleqram göndərib ki, xəstədir. Prokuror onun istintaqa ifadəsini elan etməklə kifayətlənməyi və məhkəmə istintaqını yekunlaşdırmağı təklif edib. Amma G.Bayramlı da, vəkili Elçin Sadıqov da şahidin məhkəməyə çağırılıb dindirilməsini istəyiblər. Məhkəmə həmin şahidin məcburi gətirilməsi haqda qərar çıxarıb.

Proses yanvarın 4-də davam edəcək.

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən

saxlanıb

. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

Ana səhifəXəbərlərGözəl Bayramlı: Yad adamları zala doldurmağın adı nədi?