Əli Kərimli: “Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin”
AXCP sədrinin müavini Gözəl Bayramlı Sınıq Körpü gömrük-keçid məntəqəsində saxlanılıb. Bu barədə məlumatı AXCP sədri Əli Kərimli yayıb. Onun sözlərinə görə, müavininin çantası yoxlanılarkən saxlanılıb:
“Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar”.
Əli Kərimli Hakimiyyətə müraciət edib: “Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”
Gözəl Bayramlı ilə əlaqə saxlamaq mümkün olmayıb.