***
13.02.
Mayın 26-da haqqında 3 aylıq həbs qərarı çıxarılan AXCP sədrinin müavini Gözəl Bayramlı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Məlumatı vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yayıb.
Vəkil mayın 30-da G.Bayramlıyla görüşəcəyini deyib.
***
”Dövlət Sərhəd Xidmətinin saxlama yeri olmadığından orada da saxlanıla bilməz”
Mayın 26-da Səbail Rayon Məhkəməsinin qərarı ilə
3 ay
müddətinə azadlıqdan məhrum edilən AXCP sədrinin müavini Gözəl Bayramlının harda saxlanıldığı bilinmir.
Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
Vəkilin bildirdiyinə görə, Gözəl Bayramlı normalda müvəqqəti Nərimanov Rayon Polis İdarəsindә saxlanılmalı idi, ancaq orada yoxdur:
“Mən Səbail Rayon Polis İdarəsində oldum, orada da yoxdur. Dövlət Sərhəd Xidmətinin saxlama yeri olmadığından orada da saxlanıla bilməz”.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax Sərhəd-Keçid Məntəqəsində saxlanıb. Daha sonra Dövlət Sərhəd Xidməti (DSX) onun saxlanması haqqında məlumat paylaşıb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığı bildirilib.