Gözdən Əlillər Cəmiyyətinin sədri məhkəmə qarşısında

İcra hakimiyyətinin əməkdaşı ilə cəmiyyət sədri dələduzluqda təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


İcra hakimiyyətinin əməkdaşı ilə cəmiyyət sədri dələduzluqda təqsirləndirilir

Külli miqdarda dələduzluqda təqsirləndirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Həmin şəxslərin cinayət işi üzrə ibtidai istintaq bir müddət əvvəl tamamlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası fevralın 12-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Ana səhifəXəbərlərGözdən Əlillər Cəmiyyətinin sədri məhkəmə qarşısında