Göygölü zibilləyənlər 800 manatadək cərimə oluna bilər

Milli Parkı zibilləyən vətəndaşlarla bağlı qara siyahı hazırlanacaq

Source:

Milli Parkı zibilləyən vətəndaşlarla bağlı qara siyahı hazırlanacaq

Göygöl Milli Parkını zibilləyən vətəndaşlarla bağlı qara siyahı tətbiq ediləcək və onlar bir daha Milli Parka buraxılmayacaqlar. Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafının Departamentinin direktoru Vaqif Cavadov deyib.

V.Cavadov deyib ki, həmin qara siyahı Milli Parkın girişində vurulacaq və ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Milli Parkın ərazisini zibilləyən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcək və İnzibatı Xətalar Məcəlləsinə görə 800 manatadək cərimələnəcəklər: “Bu gün Milli Park məişət tullantılarından təmizlənmək üçün bir neçə saatlıq bağlanıb. Ancaq, bu, o demək deyil ki, biz məişət tullantılarını təmizləyəcəyik, vətəndaşlar isə zibilliyəcəklər”.

V.Cavadov, həmçinin deyib ki, Milli Parkı zibilləyən vətəndaşların müəyyən edilməsi üçün əraziyə təhlükəsizlik kameraları da quraşdırılacaq.

Milli Park ərazisində zibil qutularının az olması barədə səslənən fikirlərə münasibət bildirən V. Cavadov deyib ki, Milli Parkda 100 litrlik 25 təkərli zibil qutusu, 1000 zibil torbası mövcuddur. Hər gün iki dəfə zibillər daşınır.

Qərara alınıb ki, daha 25 100 litrlik təkərli zibil qutuları qoyulsun.

Onun sözlərinə görə, Milli Park vətəndaşların istifadəsinə verilən zaman, ilk günlər təxminən 3500-4000 insan daxil olurdu. Hazırda vətəndaşların axınında azalma hiss olunur.

Ana səhifəXəbərlərGöygölü zibilləyənlər 800 manatadək cərimə oluna bilər