Göyçayda ev qalmaqalı

Telli İbrahimova ögey anasını evlərini mənimsəməkdə günahlandırır

Source:


Telli İbrahimova ögey anasını evlərini mənimsəməkdə günahlandırır

“Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəfli vəzifə səlahiyyətlərindən sui-istifadə edib atam Sabir Səmədova məxsus evi ögey anam Rübabə Səmədovanın adına qanunsuz sənədləşdirib”, – Ucar rayonu Qarabörk  kəndi sakini Telli İbrahimova belə deyir.

T. İbrahimova bunu təsdiq edən faktların olduğunu bildirir. Deyir ki, atası xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Buna görə ona ağır dozalı iynələr vurulurmuş. Həmin dərmanların təsiri nəticəsində huşsuz olurmuş. Belə olan halda onun notariusa gedib evini ikinci arvadına bağışlaması qeyri mümkündür:

“Həmin bağışlanma müqaviləsindəki imzalar atama məxsus deyil, saxtadır. Həmin imzaları özləri çəkiblər. Ekspertizaya göndərilsə, bu tam subut olunacaq. Atam ağır xərçəng xəstəliyinə görə 4-5 ay huşsuz olub. 17 oktyabr 2013-cü il tarixdə bu səbəbdən vəfat edib. Atamın tezliklə öləcəyini bilən ögey anam mirasa tək başına sahib olmaq üçün Göyçay Rayon Notariusu Polad Nəcəfli ilə sövdələşərək atamın iştirakı, razılığı və imzası olmadan evin bağışlanması barədə saxta müqavilə tərtib edib”.

Telli İbrahimova onu da bildirir ki, atasına məxsus evin reyestrdən çıxarışı da qanunsuz əldə edilib: “Bu barədə Daşınmaz Əmlakın Reyesteri Xidmətinin 16 saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarova etdiyim 3 müraciət ərizəmə indiyə qədər obyektiv, tam  cavab verilməyib. Bununla  ciddi maraqlanmağımı bilən Göyçay rayon Notariusu Polad Nəcəfli hətta telefonuma zəng etdirərək mənə hədə-qorxu da gəlib. Gecə saat 21 radələrində mənə zəng edən qadın özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etdi və məni hədələdi ki, “notarius Polad müəllim düzgün, obyektiv adamdı, ondan şikayət etsən sənin üçün pis olacaq”. Mən həmin telefon nömrəsini və zəngin  tarixini, dəqiq saatını yazmışam. Zərurət olarsa təqdim edəcəyəm”.

Telli İbrahimovanın valideynləri ayrılandan sonra atası R. Səmədova ilə ailə qurub. Onların birgə nigahdan övladları yoxdur. Atam dünyasını dəyişəndən sonra doğulub böyüdüyüm evimizə həsrət qaldım:

“Ögey anam Rübabə bilirdiki atam tezliklə öləcək və mənim vərəsəlik hüququm yaranacaq. Ona görə də tez reyester xidməti və notariusla sövdələşib bu cinayəti həyata keçirdilər. Bunlar barədə aidiyatı orqanlara şikayət ərizələri göndərmişəm”.

Məsələyə münasibət öyrənmək üçün Polad Nəcəfli ilə əlaqə saxladıq. Natarius bildirdi ki, həmin əməliyyatla bağlı mətbuata açıqlama verə bilməz. Çünki natariat haqqında qanunda natariat sirri deyilən bir şey var. Vətəndaşın natariusda apardığı əməliyyatı ictimaiyyətə açıqlaya bilməz: “Nə bağışlayıb, hansı üsulla bağışlayıb, necə olub və s. Bunu ancaq vətəndaş özü açıqlaya bilər. Qaldı həmin şəxsin şikayətinə, o Ədliyyə Nazirliyinə bununla bağlı müraciət edib. Nazirlik araşdıraraq onun şikayətinin əsassız olduğu qənaətinə gəlib. Hətta vətəndaşa tövsiyyə edilib ki, hər hansı bir prosesdən şikayəti varsa,  buyurub məhkəməyə müraciət edə bilər. Versin məhkəməyə, hakim hesab etsə ki, bəli, o düz deyir,  əməliyyatı ləğv edəcək. Bu qədər sadədir əslində”.

Telli İbrahimova isə mətbuat vasitəsi ilə prezidentə, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova və baş prokuror Zakir Qaralova müraciət edir. Onlardan xahiş edir ki, göstərdiyi faktları hərtərəfli və obyektiv araşdırılsın.

Ana səhifəXəbərlərGöyçayda ev qalmaqalı