Gorus-Qafan yolu açılıb, tərəflər arasında danışıqlar aparılır

Danışıqlara Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları vasitəçilik edir

Source: Reuters


Danışıqlara Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları vasitəçilik edir

“Gorus-Qafan dövlətlərarası magistral yolu nəqliyyatın bütün növlərinin və vətəndaşların hərəkəti üçün açılıb”.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatında belə deyir. Azadlıq Radiosunun erməni xidməti “Azatutyun” yayıb ki, avqustun 27-də yolun Gorus-Vorotan (Bərgüşad) və Şurnuxu-Karmrakar sektorları açılıb. MİX-in daha əvvəl yaydığı

məlumatda

bildirildi ki, avqustun 25-i saat 23 radələrindən Azərbaycan tərəfi yolu bağlayıb.

Erməni tərəfi bildirirdi ki, bunun nəticəsində blokada vəziyyətində qalmış Ermənistan avtomobilləri Rusiya tərəfinin vasitəçilyi ilə buraxılıb. Həmçinin bildirilirdi ki, yolun açılması məqsədilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Yolun bağlanması Qubadlıda azərbaycanlı sərhədçinin bıçaqlanması xəbərindən sonra baş verib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda deyilir ki, əsgər Ruslan Şirəliyev Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olub: “Qəfil 2 erməni hərbi qulluqçunun hücumuna məruz qalıb. Əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü-bıçaqla xəsarət alıb”.

Avqustun 27-də aparılan danışıqlar zamanı Ermənistan tərəfi bu hadisəni araşdırılacağına söz verib.

Ana səhifəXəbərlərGorus-Qafan yolu açılıb, tərəflər arasında danışıqlar aparılır