Güclü küləklə müşahidə olunan yağış meyvə ağaclarını qırıb
Goranboy rayonu ərazisində dünəndən yağan güclü leysan səbəbindən bir neçə kəndlərə sel gəlib. Xüsusilə Börü kəndində evlər, təsərrüfatlar, həyətyani sahələr su altında qalıb. Rayonun Börü və Qarqucaq kənd yolları qəzalı vəziyyətə düşüb, elektrik verilişi dayandırılıb. Kənd sakinləri biıdiriblər ki, neşə gündür fasilələrlə yağış yağır, təsərrüfatlara ciddi ziyan dəyib.
Qarqucaq kəndində də körpü qəzalı vəziyyətə düşüb.
Güclü küləklə müşahidə olunan yağış meyvə ağaclarını qırıb.
Kənd sakini Elşən Məmmədov Meydan TV-yə deyib ki, mayda da sel olub, evlərdə məişət avadanlıqları sıradan çıxıb, toyuq-cücəni sel aparıb:
“Uzun müddətdir builki kimi yağıntı, sel müşahidə edilməyib”.
Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Fövqəladə Hallar Komissiyası ərazilərdədir. Hələlik dəymiş zərər müəyyənləşməyib.