“Gör hakimiyyət nə gündədir ki…”

4 noyabrda Nəsimi rayon Məhkəməsində vəkil Qurban Məmmədovun prosesi keçirilib. Qurban Məmmədov vəsatət verib ki, onun işi ilə bağlı zərərçəkən və şahidlərin ifadələri yalan olduğundan onlara qarşı cinayət işi açılsın. Növbəti şahidlər məhkəməyə gəlmədiyinə görə proses təxirə salınıb.

Qurban Məmmədov yol hərəkəti qaydalarını pozmaqda ittiham olunur. Daha sonra ona əlavə ittiham irəli sürülüb. O, şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə onları pulla ələ almada ittiham olunub. Vəkil həbsini hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.

Ana səhifəVideo“Gör hakimiyyət nə gündədir ki…”