Natiq İmanov rüşvət almaqda ittiham olunur
Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Natiq İmanovun məhkəməsi başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında gömrük polkovnikinin vəkili Əfqan Məmmədov onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəkil xahiş edib ki, əgər həbs qərarı dəyişməsə, məhkəmə iclaslarında təqsirləndirilən Natiq İmanova vəkilinin yanında əyləşməyə icazə verilsin.
Vəsatətlər təmin olunmayıb.
Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən Natiq İmanov 2 azyaşlı övladı olduğunu söyləyib.
Gömrük polkovnikinin işi üzrə məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Natiq İmanov rüşvət almaqda ittiham olunur. İddia edilir ki, o, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda iddia olunur ki, pensiya yaşına çatan gömrük əməkdaşlarından birindən 2500 manat alanda tutulub.