Gömrük Komitəsi: ”Məntəqələrdən keçənlərin sayı normadan 2-3 dəfə çox olur”

Dövlət Gömrük Komitəsi son dövrlər gömrük-keçid məntəqələrində yaranmış sıxlıqla bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib.

Source:

Dövlət Gömrük Komitəsi son dövrlər gömrük-keçid məntəqələrində yaranmış  sıxlıqla bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətini yaydığı məlumata görə, sıxlığa səbəb normadan çox vətəndaşın gömrük-keçid məntəqələrindən  istifadəsidir: “Bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur. Belə ki, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər. Əsasən xırda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur”.

Dövlət Gömrük Komitəsi bildirir ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

Ana səhifəXəbərlərGömrük Komitəsi: ”Məntəqələrdən keçənlərin sayı normadan 2-3 dəfə çox olur”