Gömrük işçisinin evindən külli miqdarda qızıl və pul aparıldı (yenilənib)

Pərviz Rəhimov olayın ictimailəşməsinin əleyhinə olub və hadisənin qapalı qaydada araşdırılmasını istəyib

Source:


Meydan TV olayla əlaqədar Cilovdarlı kəndinin sahə polisi İkram Hümbətovla əlaqə saxlayıb. İkram Hümbətov bildirib ki, o, bu barədə heç nə deyə bilməz. Rayon Polis Şöbəsi ilə ə


laqə saxlayın.


Özünü Tovuz Rayon Polis Şöbəsinin rəisinin köməkçisi kimi təqdim edən Hüseynov Meydan TV-yə deyib ki, hadisə ilə əlaqədar araşdırma aparıldığından məlumat verə bilməzlər: “Yaxşısı budur, gəlin Tovuz rayonuna və suallarınızı burda verin”.


Pərviz Rəhimov olayın ictimailəşməsinin əleyhinə olub və hadisənin qapalı qaydada araşdırılmasını istəyib

Mayın 21-də səhərə yaxın Tovuz rayonunun Cilovdarlı kəndinin sakini, Qazax rayon gömrüyünün işçisi Pərviz Rəhimovun evinə 4 maskalı evinə girərək küllü miqdarda qızıl və pul aparıblar.

Bu barədə Meydan TV-ni məlumatlandıran mənbə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dostu sayılan İlham Rəhimovun əmisi oğlu Pərviz Rəhimov Qərb zonasının oliqarxlarından hesab olunur.

Mənbə bildirib ki, Pərviz Rəhimov olayın ictimailəşməsinin əleyhinə olub və hadisənin qapalı qaydada araşdırılmasını istəyib.

Meydan TV olayı diqqətdə saxlamağa çalışacaq.

Ana səhifəXəbərlərGömrük işçisinin evindən külli miqdarda qızıl və pul aparıldı (yenilənib)