Gömrük auditinə sahibkarları yoxlama səlahiyyəti verildi

Gömrük auditi yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsinə istisna hal kimi daxil edildi

Foto: arxiv
Baş Gömrük Komitəsi
Baş Gömrük Komitəsi


Gömrük auditi yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsinə istisna hal kimi daxil edildi

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda yoxlama səlahiyyəti olan qurumlar siyahısına daha biri əlavə edilib. Milli Məclisin iclasında 2019-cu il fevralın 1-dən səlahiyyətli qurumların gömrük auditini həyata keçirə bilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun hazırkı variantına əsasən, 2021-ci ilədək yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Yeni təkliflərdə qeyd edilir ki, sadalananlarla yanaşı, gömrük auditi ilə bağlı da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Qanuna əsasən, yuxarıda göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsində ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.

Təkliflər səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərGömrük auditinə sahibkarları yoxlama səlahiyyəti verildi