Gizirimiz minaya düşdü

1979-cu il təvəllüdlü Şamo Məmmədov Şəki rayonunda anadan olub

Source:


1979-cu il təvəllüdlü Şamo Məmmədov Şəki rayonunda anadan olub

Yanvarın 5-də cəbhənin Ağdam rayonu istiqamətində saat 11-12 radələrində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb. Gizirin bir ayağı topuqdan aşağı kəsilib.


APA

-nın Azərbaycan

Müdafiə Nazirliyi

nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

1979-cu il təvəllüdlü Ş. Məmmədov Şəki rayonunda anadan olub.

Ana səhifəXəbərlərGizirimiz minaya düşdü