“Gilan” şirkətinin keyfiyyətsiz poliuretan istehsalında əli var

Şirkətin adı Taleh, Nicat və Hikmət sözlərinin baş hərflərindən yaranıb, təsisçilər Hikmət İnşaat” MMC və “Gilan” MMC-dir

Source:


Şirkətin adı Taleh, Nicat və Hikmət sözlərinin baş hərflərindən yaranıb, təsisçilər Hikmət İnşaat” MMC və “Gilan” MMC-dir

Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin 22 may tarixli (

http://www.genprosecutor.gov.az/?/az/pressreliz/view/403/

) Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda 2015-ci il aprelin 10-da 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğının baş verməsi faktı üzrə birgə bəyanatında “TNH” şirkətinin adı çəkilir. Şirkət binanın fasadının poliuretanla üzlənməsi və bu materialın istehsalı ilə məşğul olub.

“Turan İA” müəyyən edib ki, bu şirkətin fövqəladə hallar nazirinin ailəsinə məxsus “Gilan” MMC-yə  aidiyyəti var.

Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatına görə, “TNH” MMC 2012-ci ilin mayında yaradılıb. Şirkətin adı Taleh, Nicat və Hikmət sözlərinin baş hərflərindən yaranıb. Onun təsisçiləri Hikmət İnşaat” MMC və “Gilan” MMC-dir. Şirkətin Abşeronda poliuretan zavodu var.

Zığ şosesində baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb. İstintaqı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi aparıb və heç kəs məsuliyyətə cəlb edilməyib. Görünür, bu qurumun rəhbərinin “TNH” şirkətinə münasibəti istintaqa mane olub.

Binəqədidə mayın 19-da baş verən yanğında 15 nəfər faciləli şəkildə həlak olub. “TNH” MMC-nin 3 vəzifəli işçisi barəsində CM-in 225.2 və 308.2 maddələri ilə həbs qərarı verilib.

Ana səhifəXəbərlər“Gilan” şirkətinin keyfiyyətsiz poliuretan istehsalında əli var