”Get, sən İlham Əliyevə yazmısan, İlhamla da işini gör” (VİDEO)

Qəbələ şəhərində yaşayan Arif Qəribov yaşadığı evin şəraitsizliyindən şikayətlənir. Özü 3 dəfə infarkt keçirən Qəribov övladlarının günü 5 manatdan dönərxanada işlədiyini deyir. Anasının aldığı 128 manata ümüd olan ailə dəfələrlə İlham Əliyevə, Mehriban Əliyevaya məktubla müraciət edib. Cavab o olub ki, sizə güzəştlər tədbiq ediləcək.

Şikayətçi deyir ki, həmin cavabı icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyevə təqdim edəndə “get, sən İlham Əliyevə yazmısan, İlhamla da işini gör” cavabını alıb.

Evində qaz olmadığı üçün plastmas qabları yandıraraq evini qızdırmağa məcbur olan şikayətçi deyir ki, yanvar ayında xahiş edərək qazı bərpa etdirib. 1 ay sonra güclü qar yağdığı vaxtda yenə kəsilib.

Arif Qəribov deyir ki, həyat yoldaşı Onkologiya Mərkəzində dünyasını dəyişib. Xərçəngdən əziyyət çəkən həyat yoldaşını xilas etmək üçün bağını satsa da, xeyri olmayıb. Qadın 20 gün xəstəxanada yatandan sonra vəfat edib.

Məsələ ilə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, Arif Abdullayevi yerində tapmaq mümkün olmadı. Şöbə müdirinə məxsus (02420) 51960 nömrəli iş telefonu günlərdir cavab vermir. Ümumi şöbədən isə Arif Abdullayevin gah iclasda, gah da ərazilərdə olduğu deyilir. Özünü icra başçısının köməkçisi kimi təqdim edən şəxs isə bildirdi ki, Arif Qəribov məsələni aydınlaşdırmaq üçün yenidən İcra Hakimiyyətinə gəlsin. İcra başçısının köməkçisi problemi araşdıracağına da söz verdi.



Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.





Whatsapp nömrəmiz:

+49 176 16263646

Ana səhifəVideo”Get, sən İlham Əliyevə yazmısan, İlhamla da işini gör” (VİDEO)