Gerçəkdən də gülünclükdür

Turanın bir dili var…

Source:

Dilçiliklə bağlı məsələlər cəmiyyətdəki bütün fərdlərə aid olduğundan daim diqqət mərkəzində olur. Peşəsindən və yaşından asılı olmayaraq, hamı onunla maraqlanır. Məntiqi olaraq da, hamı öz dilinin qorunmasında maraqlıdır, necə deyərlər, dil, mənəvi varlıq məsələsidir. Purizmvə ya dilin təmizlənməsi prosesi də bu baxımdan öz aktuallaığını qoruyub, saxlamaqdadır. Bu xüsusda heç kim heç kimə güzəştə getmir. Hələ vaxtilə rus şairi A. Puşkin özünün məşhur “Yevgeni Onegin”  mənzum romanını yazanda, adı çəkilən əsərinVIII  fəslində varvarizmə qarşı kəskin çıxışları ilə məşhur olan rus dilcisi Şişkovu cırnadırdı:

–          Duсоmmе ilfaut… (Шишков, прости: Не знаю, как перевести.)

İndi tarixin arxivlərində qalmış Sovet dövlətinin rəhbəri olmuş V. Lenin rus dilinin  lüzumsuz əcnəbi sözlərlə kirləndiyinə etiraz edirdi, “izyan” yerinə “defekt, nedouçyot- yerinə defitsit işlətmək olmaz… Ekstraordinarlığı ilə tanınan, əsl peşəsi türkoloq olan V. Jirinovski ( bir zamanlar Türkiyədə, Əlağa qəsəbəsində tərcüməçi də işləmiş, oradakı işçilərə Leninin şəkli olan döş nişanları payladığı üçün ölkədən çıxarılmış, Zaqafqaziya Hərbi Dairəsində mütərcim olararaq, hərbi xidmət də keçmişdir ) Dövlət Dumasında çıxış edərək,

prezident

sözünü rus mənşəli

qlava, mer

sözünü isə

qradonaçalnik

sözü ilə əvəz etməyi irəlisürmüşdür.

Terminoloji araşdırmalar sahəsində böyük xidmətləri olmuş mərhum dilçi Məmməd Qasımov dildə vətəndaşlıq qazanmış sözlərin yenisi ilə əvəzlənməsini heç xoşlamazdı. Məsələn, kömək-dəstək, mərtəbə-qat, məzuniyyət-dincəliş, kvorum-yetərsay paralelliyində birincilərə üstünlük verirdi. Keçən əsrin 30-cu illərində respublikamızda nəşr olunmuş dərsliklərə baxdıqda indi bizə qəribə gələn çox sözlərə təsadüf etmək olar. Məsələn- müsəlləsül-müxtəlifül-əzla- müxtəlif tərəfli üçbucaq, müddəyi-ümumi- prokuror, paramasium-tərlik, şiməndifər-dəmiryolu vs.

Dilin funksionallığı onun daşıyıcılarının siyasi-iqtisadi, elmi-mədəni səviyyəsi əsasında tənzimlənir.  Söz ehtiyatının zənginləşməsində   ziyalılar çox önəmli rola sahibdirlər. Vaxtilə

çimərlik, dərgi, toplu, açıqça, bağlama, faraş, ilğım

sözlərinin işlənməsinə qarşı kəskin çıxışlar olmuşdur. Dünyadan nakam getmişMüşfiq

Qaşlardan qaşlara süz, romantikam! Könül sularında üz, romantikam. Ulduzlar sənindir, güllər sənindir, Çırpınsın şövqünlə söz, romantikam

! misralarını yazanda tənqidçilər şeirdə

“üfüq

”  sözü yerinə şairin “

qaş

” deməsini ona bağışlaya bilmirdilər. Halbuki, dilimizdə “qaş qaraldı, qaş qaralanda” ifadələri var. Söz nüvə silahından da güçlü və qüdrətlidir, yaradıcıdır, dağıtıcıdır. Təsadüfi deyil ki, təsəvvüfdə “ALLAH aləmləri heçdən yaratdı” demək günah sayılır. Mütəssəvvüflərə görə, aləmlər sözdən yaranmışdır ( Ol, yaran!-əmrindən ). Əhdi-cədid elə bu cür də başlayır: Başlanğıcda söz vardı – Inprincipio erat Verbum.

Bizim korifeylərimiz, güvəndiklərimiz, inandıqlarımız, söz ustadlarımızhər zaman sözü qənaətlə, yerində işlətmiş, fikirlərini doğru zamanda, doğru məkanda, doğru ifadəylə əks etdirmişlər. Məsələn: Hər sözü az desən, daha xoş olar (Nizami Gəncəvi ), Gər çox istərsən, Füzuli, izzətin, az et sözü (Füzuli), Söz uzansa həcv çıxar qurşağa ( Aşıq Ələskər).

Dillə bağlı məsələlərdə fərqli münasibətlərin sərgilənməsi dilin yararınadır. Qələminə sağlıq, dəyərli bilginimizin  “doğa” sözü haqqında iradını oxuduğumda mərhum dilçi Faruk Kadri Timurtaşın ( 1925—1983) 1979-cu ilin mart ayında  yayınlanmış “Uydurma olan ve olmayan yeni kelimeler sözlüğü” əsərini xatırladım. Timurtaş şikayətlənir ki,

“tabiat” kelimesi yerine “doğa”, “tabii” kelimesi yerine “doğal” getirilmek isteniyor.

Doğa ve doğal

kelimeleri şekil bakımından olduğu kadar, mefhum bakımından da yanlış olan kelimeler için iyi bir örnek teşkil etmektedir”

( s.33). Başqa sözlə, rəhmətlik Faruk bəy

doğa



doğal

sözünü  bəyənməmiş, onun işlək olmadığını düşünmüşdür. Maraqlananlar üçün qeyd edək ki, rəsmi demoqrafik statistikaya görə, təkçəTürkiyədə 9359 şəxs Doğa adını daşıyır. Bundan əlavə, İzmirdə, Kütahyada və Balıkəsirdə Doğa adlı toponimik vahidlər mövcuddur. Uzunçuluq olsa da,  -doğa- sözünün Anadolu türkçəsindəki mənalarını xatırlatmaq istəyirəm:

  1. Her var olanın doğuşunda özünü kuran şey.
  2. İnsanın koyduğu kuruluşlar, biçimlerle (kültür, sanat, teknik) karşıtlık içinde, kendi kendine oluşan, biçimlenen.
  3. İnsanın karşısında olan, ona yabancı, bu yüzden de bilinmeyen, kendi gücünün üstünde olan, onun dışında olan.
  4. Koyumların (konulmuş olanının = thesei) karşısında, kendiliğinden olan; yapma olana karşı doğal olan.
  5. Duyulur, algılanır dış nesnelerin tümü.
  6.  Evren.
  7. Herşeyi kuşatan gerçekliğin tümü (doğa ya da Tanrı).
  8. Yaratıcı, oluşturucu güç.
  9.  Doğurucu, besleyici, koruyucu “doğa ana.”
  10. Doğa bilimlerinin konusu olarak, değerlerin dışında olan gerçeklik: canlı ve cansız doğa.
  11. Nedensellik yasasının egemen olduğu alan.
  12. Düşüncel (ideal) varlıklardan ayrı olarak gerçek olanın varlıkbilimsel ilkesi.
  13. Bir bireyin kendine özgü çizgilerinin tümü; bir bireye özgü olan nitelikler, özel belirtiler.
  14. Bir varlık türünde bireysel ya da toplumsal deneylerle kazanılmış olana karşıt olarak, onda doğuştan olan, kendiliğinden olan her şey.
  15. (Varoluşçu felsefede) Bireyde özgür istençten bağımsız olan; ama insan, özü bakımından özgürlük olduğuna göre, onda baştan olmayan, Özgürlük, insanın kendisine bir doğa kazandırmasıdır, ya da sonsuz doğa olanaklarından birini seçmesidir.

  16. Küçük kulaklı davar

    .

  17. Aşık kemiğinin üst ve düz olan yanı

    .

  18. Baba hindi

    .

  19. İçinde canlıların yaşadığı yerküre, çevre.

    Tabiat.

Əski Öztürkçə sözlükdə əks olunmuş 1335-cü söz “

doğa

” sözüdür. 1335. DOĞA: 1- Tabiat, doğallık, ortaya çıkış  2- Huy, yaradılış, fıtrat (Maraqlananlar elektron kitabxanadan Eski Öz Türkçe Sözlük

http://gokturkanitlari.appspot.com/eskiturkcesozluk.html

portalından yararlana bilərlər.). Qaynaqlarda təsbit olunmuş Doğahan, Doğan, Doğabəy, Doğangün, Doğanbikə, Doğanay, Doğantən – kimi onomastik vahidlərdə bu sözün həyatiliyindən xəbər verir.

الطَّبِيعَةُ : السَّجِيَّةُ . الطَّبِيعَةُ مِزاجُ الإنسانِ المركَّبُ من الأَخلاطِ الطَّبِيعَةُ القوَّةُ الساريَةُ في الأَجسام التي بها يصلُ الجسمُ إلى

كمالِهِ الطبيعيّ . طبيعةُ النار أَو الدَّواءِ أَو نحوِه : ما سخَّرَ اللهُ مِزَاجِهِ . والجمع : طبائعُ) . المعجم: المعجم الوسيط(

Ərəb dilindəki

təbiət

sözü, yerinə görə, zat, xasiyyət, xilqət, fitrət, mizaç, tinət, adət, cəbəllət, nəhizət, səciyyə və s sözlərlə də ifadə edilə bilir və bu sözlər, bilavasitə insanın anadangəlmə—doğuşdan olan xarakterini göstərir. İngilislərin məşhur “

Habit is a second nature”

– (Vərdiş ikinci anadangəlmə xasiyyətdir (привычка вторая натура,

عادت طبیعت دوم است

) deyimi bu mənada düşündürücüdür. Rus dilindəki “натура” sözü — природа, характер, нрав, темперамент, совокупность свойств, а также человек, носитель этих свойств- şəklində şərh edilir. Rəssamların qarşısında anadangəlmə şəkildə poz vərənlərə də ruslar “

naturşik, naturşitsa

” déyirlər. Yeri gəlmişkən, latın mənşəli –

naturae

– (ingilis ve  fransızcada- nature, almancada-natur, İtalyancada-natura ) sözünün –

natsci

–  doğulmuş- kəlməsindən yarandığı barədə etimoloji iddialar mövcuddur.

Şəxsi qənaətimə görə, istənilən dildə sinomimliyin zəngin və geniş olması dilin xeyrinədir. Hər adam öz qabiliyyətinə, mütaliə səviyəsinə və bacarığına görə sözlərdən yararlanaraq fikrini çatdırmağa çalışır. Burada  kiməsə sədd çəkmək, nəyi isə yasaqlamaq olmaz. Adam alışıq olduğundan, vərdişindən asanlıqla əl çəkə bilmir. Farslar “Tərk-ə adətbəmocəb-ə mərəzəst”—déyirlər. Türk yazıcısı Y. Kadri xatirələrində etiraf edir ki, “sayın” yazmaq istəyirəm, qələmim “muhtərəm” yazır.

Müəyyən zaman sinonimlərin bəziləri hətta paralel cütlük şəklində də işlənir. Məsələn

: qızıl-əhməri


( yanlış olaraq

qızıləhmədi

deyirlər


),  lüt-madərzad, uzun-diraz, açar-kilid, bic-vələdizina

vs. Bəlli  zaman sürəsindən sonra o sözlərdən biri tədricən arxaikləşir, istifadədən çıxır. Məsələn

: us-ağıl, əsrük-sərxoş, damu-cəhənnəm, uçmaq-behişt, öysəl-dabaq, sü-ordu

vs. Bir yazı, mətn əsasında bütünlükdə bir dil haqqında qəti fikir söyləmək  doğru déyil. Məsələn,  Kül tikin,  Tonyukuk, Bilgə kağan abidələrində –c, h, x, j, f, v- səslərinin olmaması, Türkçədə həmin səslərin olmamasını düşünməyə əsas verməməlidir. Təsəvvür édin ki, Aşıq Ələsgərin dodaqdəyməzlərindən ibarət bir mətni incələyən araşdırmaçı- türkcədə – b, p, m- səsləriyoxdur déyir və fikrini həmin mətinlə  sübuta yétirməyə çalışır. Göytürk abidələrində 6 minə yaxın söz var. Onlar 893 sözün derivatlarıdır, bunlardan 141-nin onomastik vahidlər olduğunu nəzərə alsaq, belə çıxır ki,  bizim  dədələrimizin kəlimə dağarcığı cəmi 752 söz olub? Sadəcə, o mətinlərdə o qədər söz  işlənmişdir.

Dünyada yaşayan hər 18 adamdan biri türkcə danışır. Bu rəqəmə Azərbaycan və Türkiyə başda olmaqla İran, Çin, Qazaxıstan, Özbəkistan,  Türkmənistan, Qırğızistan, Rusiya, Gürcüstan və də dünyanın ən ucqar nröqtələrinə qədər geniş bir ərazidə yaşayan soydaşlarımız daxildir. Yérə-göyə sığmayan millətin dili, əlbəttə, çox zəngindir. Orta əsrlərin məşhur ədiblərindən olan Cahiz türklərə aid iki özəl əsər yazmışdır: Kitabi fi fəzilətiətrak” ( Türklərin fəzilətləri haqqında kitab), Risaləti fi mənaki biətrak ( Türklərin mənkıbələri haqqında risalə). Birinci kitabda qeyd edir ki, türklər üç dəfə dünyaya hakim olacaqlar. İki dəfəsindən sizə qurtuluş var, üçüncüsündən ümid ancaq Allahadır. Qoşunlarının sayı o qədər çox olacaq ki, Fərat onların keçidindən çölə dönəcək və sonuncu əskər oradan keçəndə “bir zamanlar burada su varmış” deyəcək.

Bu mükəmməl bir millətin okean ənginliyində söz ehtiyatı olmalıdır. O qədər zəngin ki, eyni mənanı hər dəfə fərqli leksik vahidlərlə ifadə etsin, monotonluqdan uzaq olsun. Bu işə hamılıqla qatılmalıyıq.  Gümanımız gələnlərin hamısının biliyinə ehtiyac var. Kəndlərdə, şəhərlərdə dilimizin ayrı-ayrı  unudulmuş sözlərini işlədənlər var ki! Yeri gəlmişkən, dədəm “zakaznoy” yerinə “buyurtma” sözü işlədirdi. Qoca kişiydi, nurani.  Kənddən kənara getmədiyindən nitqini şəhər mədəniyyəti kirlədə bilməmişdi. İçində bir İstanbul həsrəti vardı. Məndən aradabir İstanbula neçə dəfə getdiyimi soruşardı.“

7 dəfə getsən, bir dəfə Məkkəni ziyarət etmiş kimisən

”-deyərdi. Onun nəzərində İstanbul əmniyyətin, hüzurun mərkəziydi. Ora İslamın bol şəhəriymiş. Oğurluq-filan olmazmış orada.

Orası türklüyün baydağıymış

. Mən həqiqətləri ona söyləmədim, söyləyə bilmədim. Dədəm,  İstanbulu görmək istədiyi kimi təsəvvür edib yaşadı.

Ziya Gökalp da İstanbul şivəsini türklər üçün ən gözəl variant olaraq görürdü:

Güzel dil Türkçe bize,

Başka dil gece  bize.

İstanbul konuşması

En saf, en ince bize.

Bizim üçün Z. Gökalpın subyéktiv fikri étalon və hökm déyil. AzərbaycanTürkçəsinin İstanbul şivəsindən çox daha üstün tərəfləri var. Məsələn, türk dilinin əsas dilcilik qanunu olan səsli uyumu İstanbul şivəsində türk sözlərində də bəzən pozulur: ana-anne, qardaş-kardeş, alma-elma. Zarafatla armud da ermud olsun deyirəm. Bir düşünün, anneyasa yox, anayasa, anne dili déyil ana dili, anne mühalifet yox, anamühalifet yazılır və déyilir. Bəzən düşünəndə ki, Anadolu türkləri bizim “Pıçıldaşın ləpələr”, “apardı sellər”, “dilim səni haraylar”, “gözüm onu soraqlar”, “səni gördüm, bənd oldum”, “nisgilim sənsən”, “mən dəməm, dədəm də dəm”, “sadağası olum mişkin xalların” və yüzlərlə diğər ifadələrimizi dərk étmirlər ( élə bu sözü də fəhm étmirlər – təəssüf ki, bu sözü də anlamırlar- çox üzülürəm. Bir dəfə bir Türkiyəli müəllimlə danışdığım əsnada radioda mahnı oxunurdu. Adını bilmədiyim bir müğənni: “Prahot gelende verəi fitini” deyirdi. Türkiyəli müəllim mənə-“Hocam, ne söylediğini anlıyor musunuz?”- déyə soruşdu. Məndə “anlıyıram, bəs ( bəs sözünü bilmirlər ) siz necə?”- dedim. Müəllim “evet, evet, bizim şarkı ya”- déyə cavab verəndə, “prahot” (əlbəttə ki, “paroxod”), “fit” sözlərinin mənası nə?-sualları qarşısında aciz qaldı. Onlar “fit” sözünü başqa anlamda qavrayırlar. Sözümün canı, bəzi soydaşlarımızın iki gün İstanbulda  olandan sonra Bakıya qayıtdıqlarında danışmalarında yol verdikləri yanlışlıqlar, gérçəkdən də, gülünclükdür. Bir tələbə qız, güya mədəni olduğunu göstərmək üçün, “marocnu” ( j işlətmək kəndçilikmiş!) aldım, “sapaçkilərim” (kreativliyə baxın!) bulandı” tərzində danışırdı. Biri də “ zontikimin ruçkası slonovıy kostdandır- çətirimin dəstəyi fil sümüyündəndir” deyirdi. Eyni ilə, İstanbulda bir “züppə”nin evlənmək istədiyi qızın atasına söylədiyi “kerimenizin dest-i izdivacına talibim” söyləməsi, və ya “Məşədi İbad” filmindəki mühərrir Rza əfəndi kimi… Türk dili böyük bir coğrafi ərazidə yaşayanların ümumi dilidir. Biz birlikdə çox güclüyük.

Dil öz axarında varlığını sürdürüb gedəcək. Bakıda, Təbrizdə, Ankarada, İstanbulda, Daşkənddə, Kazanda, Dərbənddə və hər yerdə türkçənin daha başarılı, daha verimli ( bu sözü C. Cabbarlıyaradıb- velüd/ münbit- ), daha üstün söz biliciləri yetişməkdədir. Mən bu gün əli yeni qələm tutan balacalara  üz tuturam:


Heç xalqın, heç millətin dilini danmaq olmaz,



Səndə, ay TÜRK BALASI! Türk dilində oxu, yaz!


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəGerçəkdən də gülünclükdür