​Generalın adam bıçaqlayan oğlu məhkəməyə verilib

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır

Source:


Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib. “Report”un xəbərinə görə, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, “Azərkabel” ASC, “Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Ş.Əsədullayevin oğlu mətbuatın gündəminə Bakıdakı “Senator” restoranında törətdiyi bıçaqlanma hadisəsi ilə gəlib. Dünən axşamdan isə Meydan TV-də T.Əsədullayevin restoranda törətdiyi hadisənin görüntüləri yayılıb.

Məlum hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. T.Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.

Ana səhifəXəbərlər​Generalın adam bıçaqlayan oğlu məhkəməyə verilib