Vaqif Axundov

Mənbə: Vikipedia

Başlıq: Vaqif Axundov

General Vaqif Axundovun polkovnik bacısı oğlu həbs edilib

Vüsal Babayev rüşvətalmada ittiham olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvətalma ittihamıyla həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarıyla onun barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib.

“Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - prokurorluqdan belə deyilib.

Vüsal Babayevin özünün və ya yaxınlarının ittihama münasibəti məlum deyil.

Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general Vaqif Axundovun bacısı oğludur. O, 2018-ci ilin iyulunda polkovnik Namiq Hüseynovun yerinə bu vəzifəyə təyin olunmuşdu.

Xidmətlə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş hərbi komissarı, 2010-2020-ci illərdə deputat olmuş Əliağa Hüseynovun qardaşı oğludur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w4f221

Ən çox baxılan