General-mayor və polkovnik təqaüdə göndərildi

Ramil Usubov Şərif Əsədullayevi və Sadiq Gözəlovu fəxri fərmanla təltif edib

Source:


Ramil Usubov Şərif Əsədullayevi və Sadiq Gözəlovu fəxri fərmanla təltif edib

Daxili işlər naziri Ramil Usubov iki yüksək rütbəli zabitin təqaüdə göndərilməsi haqda əmr imzalayıb.

APA yazır ki, nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Ramil Usubov hər iki zabiti fəxri fərmanla təltif edib.

Sadiq Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Şərif Əsədullayev isə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi olub. O, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qohumudur.

2015-ci ildə Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunaraq 4 aylıq həbs edilmişdi.

Baş Prokurorluğun məlumatına görə, 2015-ci il aprelin 10-da Bakının “Senator” restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb.

Ana səhifəXəbərlərGeneral-mayor və polkovnik təqaüdə göndərildi