Azərbaycanda gənclər cəbhə üçün hərtərəfli səfərbər olub. Arxa cəbhədə fəaliyyət üçün bir araya gələnlər əsgər sovqatı hazırlayıb, yola salırlar. Ən müxtəlif ləvazimat və qidalar Bakıda yığılır, paketlənir və cəbhəyə yola salınır. Təşkilatçılar aksiyaya qoşulma fəallığından razıdırlar. Müharibənin davam etdiyi müddətdə bu tip aksiyaların da davam edəcəyi gözlənilir.
Bu yazı 5 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 6 Oktyabr 2020 15:21